Sosial
Deputat Hindistan seriallarından yazdı: Oğul istəyirəm ki...
"Hindistanın Ermənistanı dəstəkləməsi çox yaxşı xəbər oldu. Dərhal bu başlığa baxıb əleyhimə material hazırlayanlar sevincə qərq olmasınlar. Sözümün mabədi var. Bundan gözəl hansı fürsət ola bilər ki? İndi oğul istəyirəm ki, Hindistanın bu hərəkətini bəhanə edib televiziyalarımızı Hindistan filmlərini və seriallarını boykot etməyə çağırsın".
Publika.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Fazil Mustafa özünün sosial şəbəkə hesabında yazıb. Deputat qeyd edib ki, bu serialları böyük həvəslə izləyən qadınlarımızın çoxu bundan məyus olacaq:
"Ancaq inanın ki, belə fürsət bir də ələ düşməz. Bayağı hind filmlərindən, seriallarından canımız bir az rahatlamış olar. Beynimizi, düşüncəmizi hind filmlərinin, seriallarının işğalından azad etmiş olarıq. Televiziyalarımız da proqram boşluğunu doldurmaq üçün yeni və faydalı siyasət izləməyə çalışarlar. İşdir, əgər Hindistan ağıllanıb öz qərarını bir müddət sonra dəyişərsə, onlara minnət qoyaraq yenidən bu verilişləri arxivdən geri çağırmaq elə də çətin olmaz. Yeganə təzyiq formasıdır. Ermənistana dəstək verən Hindistana ar olsun! Uşaq vaxtı bəyəndiyim "Avara" filmini yaradanlardan başqa nə gözləyəsən?!"
Tural Turan
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Digər25 Oktyabr 16:44Çində 6 bala yaxın zəlzələ oldu













.jpg)


















