Sosial
Məscidlərin açılması ilə bağlı TƏKLİFLƏR VERİLDİ: Cümə namazları...
Məscidlərdə kütləvi şəkildə ritualların keçirilməsi hələlik qadağandır, lakin yaxın günlərdə Operativ Qərargahın bir çox sahələrdə yumşaldılmalarla bağlı yeni qərarlar elan etməsi gözlənilir. Onlar arasında məscidlərin açılması məsələsi də var.
Millət vəkili Ceyhun Məmmədov Publika.az-a açıqlamasında bildirib ki, birdən-birə bütün sahələrdə yumşaldılmaya gedilməsinin əleyhinədir:
“Yoluxma sayının çox ciddi şəkildə azaldığından əmin olduqdan sonra məscidlərin açılması məsələsi gündəmə gələ bilər. Koronavirusa yoluxma sayı azalsa da, proses yekunlaşmayıb, odur ki, tamamilə arxayın ola bilmərik. Bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından asılıdır. Toyların və yas mərasimlərinin keçirilməsinə, həmçinin açıq havada maskasız gəzməyə icazə verilməsi ilə bağlı hazırda müzakirələr gedir. Yavaş-yavaş proses səngiyəcək və həyat öz axarına qayıdacaq. Lakin təcrübə göstərirdi ki, birdən-birə açılmalara gedilərsə, problemlər yaşana və yenidən yoluxma sayı sürətlə arta bilər. Biz buna mərhələli şəkildə getməliyik. Bizim elə məscidlərimiz var ki, ora 5, 7, 10 min insan toplaşır. Bu da yoluxma üçün ciddi səbəblər yarada bilər. Ümumiyyətlə, insanların kütləvi toplaşdığı yerlərdə prosesi tənzimləmək çətin olur. Sosial məsafə ilə bunu tənzimləmək kifayət qədər mürəkkəb bir prosesdir. Hesab edirəm ki, bir müddət gözləyək, səngimə xeyli olmalı və əminlik olmalıdır ki, artım qeydə alınmasın. Bundan sonra məscidlərin açılması nəzərdən keçirilə bilər. Gözümüzün qarşısında Hindistan modeli var, orada çox ciddi problemlər yaşanır. Ehtiyatlı yanaşmanın tərəfdarıyam. Bu halda tam qapanmaya gedə bilərik”.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev isə hesab edir ki, sosial məsafə qaydalarını gözləməklə məscidlərdə camaat və cümə namazlarının təşkil olunmasına icazə verilə bilər:

“Operativ Qərargahın bəzi məhdudiyyətləri aradan qaldırması gündəmdədir, TƏBİB-lə bir çox məsləhətləşmələr aparılır, bir çox güzəştlər olacaq, yumşaldılmaların müzakirəsi gedir. Açıq havada maska qadağasının aradan qaldırılması təklifinə baxılacağı da bildirilib. Düşünürük ki, bu yumşaldılmaların içərisində toyların və yas mərasimlərinin müəyyən güzəştlər müqabilində, az sayda insan toplaşmaqla keçirilməsi gündəmə gələ bilər.
Bu yumşaldılmalarla paralel olaraq məscidlərdə də müəyyən şərtlər müqabilində camaat və cümə namazlarının təşkili həyata keçirilə bilər. Qafqaz Müsəlmanları İdarəsinə möminlərin və ictimaiyyətin, xüsusən də dini kəsimin yüzlərlə müraciətləri var. Məscidlərdə də sosial məsafəni gözləməklə azsaylı insanlarla namazların bərpa olunması təkliflərini irəli sürmüşük. Xalqın və dindarların istəyini Operativ Qərargahın diqqətinə çatdırmışıq, əgər yumşalmalar qərara alınarsa, məscidlərdə namaz məsələsi də müəyyən şərtlər müqabilində nəzərə alınacaq. Biz ümidimizi üzmürük və pandemiyanın tezliklə bütün dünyada başa çatması üçün dua edirik”.
Aytən Məftun
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)





















.jpg)
.jpg)
