Sosial
Kondisioner virusun yayılmasını sürətləndirir? - AÇIQLAMA
Kondisioner virusun yayılmasını sürətləndirən ən böyük amillərdən biridir.
Publika.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin Səhiyyə komitəsinin üzvü İlham Məmmədov deyib.
Deputat bildirib ki, əgər otaqda bir nəfər yoluxmuş şəxs varsa, kondisionerin işləməsi virusu bütün otağa yaya bilər və ona görə də bütün qaydalara ciddi əməl etməliyik:
“Artıq yay mövsümü gəlir və insanlar daha çox çölə çıxacaq, kondisionerdən daha çox istifadə edəcək.
Biz heç də unutmamalıyıq ki, pandemiya hələ davam edir. Ümumdünya Səhiyyə Təşkilatı da elan edib ki, qapanmanı götürən bir çox ölkələrdə yoluxma yenidən artıb. Yəni biz ötən yaydakı qapanmanı yaşamaq istəmiriksə, ilk növbədə qaydalara əməl eməliyik. Digər tərəfdən isə vaksinləşmə prosesində aktiv iştirak etməliyik.
Biz çalışmalıyıq ki, yoluxma sayını artırmayaq. Hazırda virusun azalması o demək deyil ki, pandemiya ortadan qalxıb. Ortadan o zaman qalxacaq ki, əhalimizin heç olmasa 60-70 faizi vaksinasiya olunsun. O zaman biz pandemiyanın ölkəmizdə sona çatması haqqında fikir irəli sürə bilərik”.
Deputat həmçinin açıq havada maska taxılmasını vacib hesab edir:
“Bəzən insanlar açıq havada maskadan istifadə edib etməmək barədə müxtəlif fikirlər səsləndirirlər. Əlbəttə, edilməlidir, çünki elə yerlər var ki, insanlar sıx hərəkət edir və burada da virusa yoluxmaq mümkündür. Virusun da yayılması üçün külək və digər atmosfer şərləri var. Bütün bunları nəzərə alaraq virusun artmaması üçün qaydalara əməl etməliyik”.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi












.jpg)




















.jpg)

.jpg)
