Sosial
Leyla Əliyevanın təşəbbüsü ilə xeyriyyə aksiyaları keçirildi - FOTO
Rusiyanın Azərbaycan Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə bu təşkilat Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə xeyriyyə aksiyaları keçirib.
Publika.az xəbər verir ki, RAGB Moskva Şəhəri Ailə və Uşaqlara Dəstək Mərkəzinin səyyar tədbirlərinin həmtəşkilatçısı olub, təbil çalmaq, rəqs və akvaqrimlər çəkilməsi üzrə ustad dərsləri keçirib. Uşaqlar “Yallı” rəqsini ifa edib, badminton və digər oyunlar üzrə məharətlərini göstəriblər.
Tədbirin sonunda bu müəssisədə tərbiyə alanları xoş bir sürpriz gözləyirdi: onları plova və şirniyyata qonaq ediblər.
RAGB “Anqelı sredi nas” (“Mələklər bizim aramızdadır”) xeyriyyə fondu ilə birlikdə “Uşaqlıq – sən və mənik” adlı daha bir bayramın təşkilində iştirak edib. Bu bayramın qonaqlarını Rodion Qazmanov, “Moonisha”, Pyer Narsis, Karolina-Kristel və başqa artistlər təbrik ediblər.
Tədbirdə uşaqlar özləri də çıxış edib, “AlT” Uşaq Estrada Teatrının çıxışı tamaşaçıları sevindirib.
RAGB-nin Həştərxan, Rostov və Volqoqraddakı regional bölmələri həmin şəhərlərdə oxşar xeyriyyə aksiyaları təşkil ediblər.
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?
-
Ekologiya3 Avqust 18:20İlin son Günəş tutulması baş verəcək







.jpg)



















.jpg)
.jpg)






