Sosial
Zəmi və meşə zolaqlarında yanğın təhlükəsizliyinə dair videokonfrans keçirildi
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sabirabad Rayon İcra Hakimiyyəti ilə birgə rayon ərazisində dənli və texniki bitkilərin tədarükü, daşınması, saxlanması və emalı dövründə, eləcə də meşə və meşə zolaqlarında yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsinə dair videokonfrans keçirib.
Publika.az xəbər verir ki, videokonfransda Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Həsən Həsənov, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi daxili xidmət polkovniki Orxan Məmmədyarov, Sabirabad Meşə mühafizəsi və bərpası müəssisəsinin məsul işçiləri, ərazi nümayəndələri və yerli bələdiyyələrin sədrləri, Sabirabad rayonunun ərazisində yerləşən iri kənd təsərrüfatı müəssisələrinin rəhbərləri iştirak edib.
Videokonfransda DYNX-nin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi daxili xidmət polkovniki Orxan Məmmədyarovun yanğın təhlükəsizliyinin təmin edilməsinə dair çıxışı dinlənilib, yanğınların baş verməməsi üçün əsas fəaliyyət istiqamətləri tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Eyni zamanda, əhalinin aidiyyəti müəssisə və təşkilatlar tərəfindən maarifləndirilməsi istiqamətində işlərin gücləndirilməsinin, əkin sahələrində yanğına qarşı tədbirlərin tam yerinə yetirilməsinin, texnikaların texniki baxışdan keçirilməsinin və sözügedən müəssisələrin yanğına qarşı alət və vasitələrlə tam təchiz olunmasının vacibliyi vurğulanıb.
Videokonfransda mövzu ilə bağlı qarşıda duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, görüləcək işlər bir daha nəzərdən keçirilib.
-
MDB05:45Rusiya Avropa ilə danışıqlar üçün şərt irəli sürdü
-
Sosial04:44Bu rayonun əksər əraziləri işıqsız qaldı
-
İdman02:12Antonelli avtomobili taxta darvazaya çırpdı – VİDEO
-
Magazin101:30Rafet El Roman azərbaycanlı nişanlısı ilə - FOTO
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
















.png)



















