Sosial
Vətən müharibəsi qazisinin problemi həll olundu
Cəlilabad rayonundan bir qazinin müraciətini izlədim. Zeynalov Mais Rəşad oğlu kartof sahəsində əyləşib əllilik dərəcəsinin təyin olunmadığını və iş şəraitinin ağır olduğunu bildirir, yerli məmurların fəaliyyətindən şikayətlənir, maddi vəziyyətinin ağır olduğunu deyir. Prezidentdən "tədarük" görülməsini israrla tələb edirdi.
Publika.az xəbər verir ki, bunu Qhtxeber.az saytının baş redaktoru, sosial media eksperti Sənan Nəcəfov sosial şəbəkə hesabında paylaşıb.
Ekspert qazinin probleminin həll olunmasını vacib sayır: "Nə çətin işdir axı bir qazinin problemi ilə maraqlanmaq, ona qayğı göstərmək? Mütləqdir ki, şikayət olsun, sosial şəbəkələrdə yayılsın, bu vəziyyət yaransın?"
O daha sonra qeyd edib ki, məsələ ilə bağlı müvafiq orqanlarla əlaqə saxlayıb:
"Bildirdilər ki, yaralı Zeynalov Mais Rəşad oğlunun qeydiyyatı 2021-ci il 05 mart tarixində müalicə və psixoloji dəstək tədbirlərinin görülməsi istiqaməti üzrə qeydə alınıb, yaralı müayinə və müalicə olunması məqsədi ilə Avrasiya Klinikasına yönləndilib, 1096 AZN müalicə xərci YAŞAT Fondu tərəfindən qarşılanıb.
Vətəndaşa 550 manat sığorta ödənişi də verilib. 03.05.2021-ci il tarixdə vətəndaş TSEK tərəfindən müayinə olunub, III qrup əlillik dərəcəsinə uyğundur. Şəhadətnamə alan kimi təyinat aparılacaq.

Bundan əlavə, 14 Saylı Məşğulluq Mərkəzi tərəfindən vətəndaşla əlaqə saxlanılıb və özünüməşğulluq proqramı çərçivəsində "İribuynuzlu heyvandarlıq" sahəsi üzrə layihəyə cəlb edilib, ilkin monitorinq aparıləb. O, təlimləri keçdikdən və biznes planı uğurla müdafiə etdikdən sonra əmlaklarla təmin olunacaq.
İndi mat-məəttəl qalmışam. Ya video-müraciət çoxdan edilib, o vaxta qədər qazinin problemləri həll olunub.
Ya da "özümü yandıracam" tələbli növbəti şikayətçinin sosial şəbəkə müraciəti yayılıb.
İstənilən halda, belə həssas qruplarla işləyərkən gecikdirmə, vaxt itkisi yolverilməzdir. Qazinin sözü varsa, o qapı döyməli deyil, onun qapısı ilk döyülməlidir, sözü ilk dinlənməli, problemi ilk həll olunmalıdır ki, sonda belə video-mürüciətlər çıxmasın. Qazi belə müraciət etməməlidir. Sözün hər iki mənasında. Qazi Qazidir!"
-
Magazin213:40Rusiyanın məşhur reperi evində güllə yarasından öldü
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO





































