Sosial
Polad Həşimovun və bir neçə hərbi qulluqçunun orden və medalları ailələrinə təqdim olundu
Sumqayıtda Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan bir neçə hərbi qulluqçusunun təltif olunduğu orden və medallar onların ailələrinə təqdim olunub.
Publika.az xəbər verir ki, mükafatların təqdimetmə mərasimində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsinin rəisi general-mayor Natiq Qarayev, hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhid ailələri iştirak edib.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək bildirib ki, Azərbaycan ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsi ilə qorxmazlığın nümunəsini yaratdı, qəhrəmanlıq salnaməsi yazdı. Vətən müharibəsi ərazilərimizin azad edilməsi, işğalın sona çatması, 30 ilə yaxın davam edən münaqişənin həlli ilə nəticələnib.
Vurğulandı ki, bu Qələbəni cəsur zabit və əsgərlərimizin qəhrəmanlığı, canı-qanı bahasına əldə etdik. Bu qələbədə xidməti olmuş hər bir hərbi qulluqçumuz xidməti dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Azərbaycanın Milli Qəhrəmanı”, “Vətən Müharibəsi Qəhrəmanı” adları, müxtəlif orden və medallarla təltif olunurlar.
Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun, Vətən Müharibəsi Qəhrəmanı şəhid polkovnik-leytenant Ramiz Cəfərovun, “Qarabağ” ordenli şəhidimiz Taleh Kərimovun, Kapitan Fərrux Həşimovun, gizir Şəhriyar Quliyevin, miçman Ruslan Rəcəbovun, Zaur Ələsgərlinin təltifləri ailələrinə təqdim edib.
Təltifləri qəbul edən şəhid ailələri hərbçilərimizə və onların ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
-
Magazin213:40Rusiyanın məşhur reperi evində güllə yarasından öldü
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO





































