Sosial
Şəhid mayor Anar Novruzov yad edildi - FOTO
Bu gün Masallı rayonunun Ərkivan kəndində də ötən il iyulun 14 də düşmən təxribatı nəticəsində Tovuz rayonunda şəhid olan Azərbaycan Milli Ordusunun mayoru Anar Novruzovun anım günü keçirilib.
Publika.az xəbər verir ki, Masallı rayinunun ictimaiyyəti və şəhidin doğmaları Anar Novruzovun məzarını ziyarət etdikdən sonra, onun yaşadığı evin qarşısındakı abidə kompleksinin önünə gül-çiçək dəstələri qoyublar.
Çıxış edənlər 1 il bundan əvvəl mayor Anar Rzayevin general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, gizir Yaşar Babayev, gizir İlqar Zeynallı və əsgər Elçin Mustafayev ilə eyni gündə, eyni tapşırığı yerinə yetirərkən şəhid olduğunu vurğulayıblar. Qeyd olunub ki, vətənin belə dəyərli oğullarının şəhadətindən sonra, milli birliyimiz daha da gücləndi.
Xalq və ordu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz torpaqlarını geri almaq üçün qəti savaşa başladı və qalib gəldi. Şəhid mayor Anar Novruzovun özündən sonra iki övladı qalıb. Bu gün qızı Füruzə ali məktəbə imtahan verib. Ötən il atası onu imtahana aparacağına söz vermişdi.
Şəhidin anım mərasimində Masallı rayonundan Vətən müharibəsinə yollanmış şəhid Nurlan Əbilinin, Məmməd Əliyevin, Elmir Akifzadənin, eləcə də Viləş kəndindən olan Nurlan və İntiqam Əsgərli qardaşlarının anaları, araşdırmaçı jurnalist Aida Eyvazlı Göytürk də iştirak ediblər.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur




































.jpg)
.jpg)

