Sosial
Şəhid və qazi ailələrinə qurban payları çatdırıldı
Qarabağ Seyid Ocaqları və "Yeni Üfüq" Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatçılığı ilə Qurban bayramı münasibətilə hər il olduğu kimi, bu il də qurban payları paylanıb.
Publika.az xəbər verir ki, 500-dən çox aztəminatlı, habelə qazi və şəhid ailəsinə qurban payı çatdırılıb.
Qarabağ Seyid Ocaqlarının rəhbəri Seyid Camal Əzimbəyli bu Qurban bayramında ayrıca sevincli olduqlarını bildirib: "Çünki illər ərzində Uca Yaradana etdiyimiz dualar gerçək oldu. Allaha şükürlər olsun ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz zəfər qazandı. Və 30 il sonra Qarabağda qurbanlar kəsildi ki, bu sevinci sözlə ifadə etmək mümkün deyil. Biz bu zəfərin qazanılmasında ordumuza, Prezidentimizə borcluyuq. Rəbbimiz dövlətimizi, vətənimizi, ordumuzu, Prezidentimizi qorusun!"
"Yeni Üfüq" Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli isə hər il olduğu kimi, bu il də yüzlərlə ailəyə bayram sovqatı payladıqlarını deyib: "Artıq 500-dən artıq ailəyə Qurban payı çatdırmışıq. Onların hamısı həqiqi haqq sahibi olan qazi, şəhid, aztəminatlı ailələrdir. Xeyriyyə işləri ilə bağlı Heydər Əliyev Fondunun öncüllüyündə Azərbaycanda böyük işlər görülür. Biz də azacıq da olsa, bu işlərdə yardımçı olmağa çalışırıq. Xeyriyyə aksiyasını həyata keçirmək üçün maddi dəstək göstərən "Cənnət" Ət və Ət Məhsulları MMC-yə təşəkkürümüzü çatdırırıq".
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır








.jpg)




























