Sosial
Şəhidimizin adına xatirə bulağının açılışı oldu - FOTO
Xəzər rayonunun Şağan qəsəbəsində 19 yaşlı şəhidimiz, əslən Şuşadan olan Allahverdi Əli oğlu Allahverdiyevin adına xatirə bulağının açılışı olub.
Publika.az xəbər verir ki, açılış tədbirində şəhidin ailə üzvləri, kənd nümayəndələri, tanınmış simalar iştirak edib.
Xatirə bulağının açılmasının təşəbbüskarı və təşkilatçısı şəhidimizin qonşusu Salman Əzizulla oğlu Əliyevdir.
Tədbirdə iştirak edən Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli bildirib ki, bulaqda dalğalanan Türkiyə bayrağı qardaş ölkənin hər zaman, xüsusilə də Vətən müharibəsi dönəmində və ondan sonra da yanımızda olmasını nümayiş etdirir: “Türkiyə mənəvi dəstəyini heç zaman əsirgəmədi, daim yanımızda oldu. Qardaş Türkiyənin Azərbaycanın yanında olması qiyamətə qədər yaddaşlardan silinməyəcək. Ona görə də şəhidimizin adına olan bulaqda Türkiyə bayrağı da ucaldıldı.
Biz vətənimizin bütövlüyü uğrunda qanından, canından keçən şəhidlərimizin ruhuna, onların ailələrinə daim minnətdarıq. Şəhidlərimiz, qazilərimizin sayəsində, Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımız işğaldan azad olundu. Prezidentimizin Kəbədə etdiyi dualar, xalqımızın diləkləri qəbul oldu, bu gün Qarabağımız azaddır. Biz buna görə başda Qarabağın xilaskarı Ali Baş Komandanımız İlham Əliyev olmaqla, bu yolda canından keçən şəhidlərimizə, onların ailələrinə, qazilərimizə, müharibə iştirakçılarının hər birinə minnətdarıq".
"Yeni Üfüq" Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli şəhidlərimizi hər zaman hörmətlə andıqlarını bildirib: "Biz Vətənimizin bütövlüyə qovuşmasına görə daim şəhidlərimizə borclu olacağıq və heç zaaman onları unutmayacağıq".
Şəhidimizin atası Əli Allahverdiyev çıxış edərək göstərdikləri dəstəyə görə hər kəsə öz təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən şəhid ailələri Seyid Camal Əzimbəylinin aparıcısı və layihə rəhbəri olduğu, Space-də yayımlanan "İnam" verilişindən geniş söz açıblar. Onlar proqramın böyük rəğbət qazandığını deyərək, Space-nin "İnam" vasitəsilə daim şəhid və qazi ailələrini diqqətdə saxladığını vurğulayıblar.
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...

































.jpg)
.jpg)

