Sosial
Qazilər yüksək texnologiyalı protezlərlə təmin olundu - FOTO
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində yaralanmış daha bir qrup qazini yüksək texnologiyalı protezlərlə təmin edib.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir, “Genium” sistemi üzrə hazırlanan protezlər elektron oynaq əsasında hərəkətin tam və daha dəqiq tənzimlənməsinə, sabit, təhlükəsiz və inamlı hərəkətə imkan yaradır. İstifadəçiyə yenidən sərbəst və rahat hərəkət imkanı qazandırır.
Ümumilikdə Vətən müharibəsi zamanı xəsarət alaraq aşağı ətrafları amputasiya olunmuş 109 qazi 113 yüksək texnologiyalı protezlə təmin olunub. 12 nəfər qazinin yüksək texnologiyalı protezlerlə təminatı prosesi isə hal hazırda yekunlaşmaq üzrədir.
Yuxarı ətrafları amputasiya olunmuş qazilərimizin də son nəsil protezlərlə təminatı üçün işlər davam edir. Onlardan 32 qazimiz ən son texnologiyalı protezlə təmin ediləcək.
Bu ilin mart ayından ilk dəfə olaraq əlilliyi olan şəxslərin mühərrikli təkərli oturacaqla təminatına da başlanıb. Artıq 562 şəxsə mühərrikli təkərli oturacaq verilib ki, onlardan bir hissəsi də müharibə əlilləridir.
Postmüharibə dövründə nazirliyin reabilitasiya müəssisələrində 1040-dək qazi və şəhid ailəsi üzvü sosial-psixoloji, 233 nəfər müharibə iştirakçısı isə reabilitasiya xidmətləri ilə əhatə olunub. Onlar klinik və sosial psixoloqlar tərəfindən əyani və onlayn, qrup və fərdi şəkildə psixoloji seanslara cəlb ediliblər.
Hazırda da həmin xidmətlərin göstərilməsi prosesi davam edir.






-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sada yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi










.jpg)

























.jpg)


