Sosial
Vətən müharibəsinin 20 iştirakçısına medallar təqdim olundu
Zərdabda torpaqlarımızın işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçularının Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə medal və vəsiqələrlə təltifolunma mərasimi keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə Zərdab rayon icra hakimiyyətinin başcısı Mərdan Camalzadə, Vətən müharibəsi iştirakçıları və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon şöbəsinin rəisi Asif Əhədov iştirak ediblər.
İlki öncə işğaldan azad edilmiş torpaqlarımızın uğrunda şəhid olmuş qəhrəman şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər bildiriblər ki, Azərbaycan Ordusu döyüş meydanında tarixi ədaləti bərpa edib. Torpaqlarımız düşmən tapdağından azad olunub.
Təbii ki, bu yolda vətən üçün canından keçən şəhidlərimiz də olub. Şəhidlərimizin ruhu qarşısında baş əyir, bildiririk ki, onların bizə əmanət qoyduqları ailə üzvləri hər zaman dövlətin diqqətindədir.
Görüşdə müharibə qəhrəmanlarına Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamı ilə verilən ”Füzulinin azad olunmasına görə” medalları ilə təqdim olunub. Təqdimat mərasimində Vətən müharibəsi iştirakçıları onları medallarla təltif edən Prezident İlham Əliyevə göstərdiyi diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
-
Magazin213:40Rusiyanın məşhur reperi evində güllə yarasından öldü
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO





































