Sosial
Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! İŞ YERLƏRİ - SİYAHI
AZAL Füzuli əsilli vətəndaşlar üçün Füzuli beynəlxalq hava limanında vakant yerlərin açıldığını elan edir.
Publika.az xəbər verir ki, Qarabağda ilk hava limanının açılışı ərəfəsində Füzuli əsilli vətəndaşlar Azərbaycanın mülki aviasiyası kimi maraqlı və məsuliyyətli sahədə karyeraya başlamağa dəvət olunurlar.
İxtisas seçimi müsabiqə əsasında aparılacaq.
Beləliklə, “Azəraeronaviqasiya” (AZANS) HHİ-də, eləcə də Füzuli beynəlxalq hava limanının aerodrom və aerovağzal xidmətləri üçün işçi heyətin işə qəbuluna başlanmışdır.
Hava limanının aerodrom və aerovağzal xidmətləri üçün açılan vakant yerlər:
- mühəndis-proqramlaşdırıcılar;
- avadanlıqların təmiri və istismarı üzrə texniklər;
- işıqtexniki avadanlıq üzrə mühəndis və elektrik mexanikləri;
- texnoloji avadanlıqların təmiri və istismarı üzrə mühəndis;
- radiorabitə üzrə texnik və mühəndislər;
- komendantlar;
- qazanxana operatoru, konveyer xətlərinin operatoru;
- havalandırma və kondisioner sistemlərinin təmiri və onlara xidmət göstərilməsi üzrə çilingər;
- təmizlik xidmətləri və s.
AZANS-da açılan vakant yerlər:
- HHİ və Brifinq dispetçerləri;
- mühəndis-sinoptik və mühəndis-meteoroloqlar;
- HHİ AS, rabitə, radionaviqasiya və radiolokasiya üzrə mühəndis və texniklər.
Vakant yerdən asılı olaraq ali, orta ixtisas, orta təhsil və ya iş təcrübəsi tələb oluna bilər. İşaxtaran şəxslərdən hüquq təhsili tələb olunmur. Daha ətraflı məlumatı “Azərbaycan Hava Yolları” QSC-yə müraciət edərək əldə edə bilərsiniz. Maraqlanan namizədlərdən CV-lərini [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Qeyd edək ki, AZAL Qarabağda tarixi yaşayış yerlərinə qayıdan əhalini işlə təmin edən ilk təşkilatlardan biridir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Füzulidə yeni hava limanı ən qısa zamanda inşa ediləcəkdir. Dövlət başçısı 2021-ci ilin yanvar ayında hava limanının təməlini qoydu, sınaq uçuşlarının həyata keçirilməsi isə bu ilin sentyabr ayının əvvəlində nəzərdə tutulub.
“Xüsusi qürur hissilə bildirirəm ki, “Azərbaycan Hava Yolları” işğaldan azad olunmuş Qarabağda yeni iş yerlərini açacaq ilk təşkilatlar sırasındadır. Füzulidə hava limanı ən yaxın günlərdə istismara təhvil veriləcək və əminəm ki, uzun müddət işğal altında olan bu regionun sakinləri böyük məmnuniyyətlə müsabiqə seçimində iştirak edəcəklər. Məhz buna görə onlar üçün bütün bu imkanları yaradırıq. Xüsusilə qeyd edim ki, Füzulidə istənilən növ hava gəmilərini qəbul etməyə imkan verən hava limanının istismara verilməsi regionun sosial-iqtisadi inkişafına güclü təkan verəcək, gələcəkdə isə turizm potensialını artıracaqdır”, - deyə “AZAL”ın prezidenti Cahangir Əsgərov qeyd etmişdir.
Hal-hazırda Füzuli hava limanında tikinti işləri son mərhələsindədir, uçuşların təhlükəsizliyini, sərnişin və yük aviadaşımalarının yüksək həcmlərini təmin etmək üçün nəzərdə tutulmuş ən yeni infrastruktur obyektləri istismara verilir. Tikinti işləri sürətlə davam edir və hava limanının açılışı bu ilin sonunadək planlaşdırılır.
Bundan əlavə dövlət başçısının tapşırığı ilə Qarabağda – Zəngilan və Laçın rayonlarında daha iki beynəlxalq hava limanının tikintisi planlaşdırılır.
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?







.jpg)



















.jpg)
.jpg)






