Sosial
Gəncədə dezinfeksiya işləri aparıldı
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq Gəncə şəhərində yeni növ koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində görülən işlər davam edir.
Publika.az xəbər verir ki, son günlər ölkə ərazisində xəstəliyə yoluxanların sayında artım nəzərə alaraq, bu gün səhər saatlarından başlayaraq təsdiq olunmuş qrafikə əsasən, Gəncədə növbəti dəfə dezinfeksiya işləri həyata keçirilir.
Dezinfeksiya işlərinə Gəncə şəhər Mənzil Kommunal Təssərüfatı İstehsalat Birliyinin xeyli sayda texnikası və xüsusi təlim keçmiş əməkdaşları cəlb olunub. Mərkəzi küçələrlə yanaşı, şəhərin qəsəbə və yaşayış massivlərindəki küçələrdə də xüsusi kimyəvi maddələrlə dezinfeksiya işləri aparılır.
Eyni zamanda, MKTİB-nin əməkdaşları yaşayış binalarında, lift kabinələrində, binaların giriş qəfəslərində, həyət və yaşayış məhəllələrində, idman-əyləncə qurğularında və dayanacaqlarda da tibbi-profilaktik tədbirləri həyata keçirirlər.
Qeyd edək ki, aparılan dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd şəhər sakinlərini “COVID-19” virusundan qorumaqdır. Gəncə Şəhər İcra Hakimiyyəti sakinlərdən bir daha xahiş edir ki, koronavirusun daha çox yayılmasına imkan verməmək üçün vaksin olunsunlar, o cümlədən tibbi-profilaktiki qaydalara ciddi riayət etsinlər.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi














.jpg)



















.jpg)

.jpg)