Sosial
Şəhid övladından hər kəsi kövrəldən çıxış: Çox istərdim ki, Şuşada İlham Əliyevlə...
Azərbaycanın 44 günlük haqq savaşı böyük zəfərlə bitdi. Bu qüruru bizə Prezident, Ali Baş Komandan İlham Əliyev və rəşadətli Azərbaycan Ordusu yaşatdı.
Müharibədə döyüş də var, şəhidlik də... Bizim də gözündə qorxu olmayan, düşmənin başını əzən, torpaqlarımız uğrunda gözünü qırpmadan canını fəda edən qəhrəman oğullarımız şəhid oldu. Şəhidlik zirvəsinə ucalan mərd qardaşlarımız əbədi olaraq xalqın yaddaşında yaşayacaq.
Onlardan geriyə qəhrəmanlıqları haqqında xatirələr və ailələri, övladları qaldı... O övladlar ki, bizim üçün ən qiymətli əmanət, ən qiymətli sərvətdir.
Ötən gün keçirilən “Mənim atam qəhrəmandır” layihəsinin silsilə tədbirlərinin birində çıxış edən şəhidimiz Ramiq Mikayılovun övladı Ağaseyid Mikayılovun nitqi bizi bir daha qürurlandırdı. Tədbirin sonunda təşkilatçılar tərəfindən ona təqdim olunan “Xarıbülbül” döş nişanının ölkə başçısına göndərilməsini xahiş edən balaca Ağaseyid “Qoy onlar bu nişanı məndən yadigar saxlasınlar. Mən çox istəyirəm ki, gələn dəfə Şuşada, Şuşa qalasının yanında İlham əmi və Mehriban xalayla bir yerdə belə bir gün keçirək. Onlara burdan salam göndərirəm” dedi.
Daha sonra iştirak etdiyi tədbirin hədsiz xoşuna gəldiyini dilə gətirən gələcək igidimiz “Bu gün hiss elədim ki, atam da mənə göylərdən baxır. Tək atam yox, burda olan bütün uşaqların ataları biz görməsək də, yanımızdadırlar. Bu gün yenə hiss elədim ki, mənim atam əsl qəhrəmandır. Burdakı bütün uşaqların ataları qəhrəmanlardır” dedi. O, atasıyla fəxr etdiyini deyərək ona layiq övlad olacağına söz verdi.
Qeyd edək ki, “Mənim atam qəhrəmandır” layihəsinin silsilə tədbirləri Müdafiə Nazirliyinin və Daxili İşlər Nazirliyinin dəstəyi, “Fire Land Production”ın təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olmuş qəhrəmanların övladları üçün keçirilir. Tədbirlərin məqsədi torpaqlarımız uğrunda canından keçən qəhrəmanlarımızı bir daha anmaq, onların övladlarına xalq qayğısının daimi olacağını bir daha hiss etdirmək, şəhid balalarının səmərəli istirahətini təşkil etməkdir.
Bu zamana qədər Bakı şəhərinin ən görkəmli yerlərində, tarixi məkanlarında həyata keçirilən “Mənim atam qəhrəmandır” layihəsinin silsilə tədbirlərində Azərbaycanın bir sıra tanınmış incəsənət xadimləri, o cümlədən Alim və Fərqanə Qasımovlar, Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova, Röya Ayxan, Sevda Ələkbərzadə, Natiq Şirinov, Təranə Muradova iştirak edib.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp







.jpg)



















.jpg)
.jpg)





