Sosial
Nazirdən Vətən müharibəsi qəhrəmanlarının ailələrinə XOŞ XƏBƏR
“Bu il üçün qarşımıza qoyulan tapşırıq, hədəf 3 000 şəhid ailəsinə, müharibə əlilinə mənzillərin təqdim edilməsidir ki, bu, əvvəlki illərdən dəfələrlə artıqdır”.
Publika.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev AzTV-yə müsahibəsində deyib.
“Azərbaycan nadir ölkələrdəndir ki, şəhid ailələrinə, müharibə əlillərinə bu səpkidə geniş proqram icra edir. Şəhid ailələrinə, müharibə əlillərinə bu günə kimi 11 000 mənzil təqdim edilib. Onların da 1 600-ü bu il təqdim olunub. Hədəfimiz 3 000-dir. Proses davam edəcək”.
Nazir qeyd edib ki, 11 000 mənzil yüz milyonlarla manat vəsait deməkdir. Bu, kifayət qədər geniş, maliyyə tutumlu, böyük rəqəmdir.
“Müharibə əlillərinə təqdim edilən avtomobillərin sayı artıq 7 200-ü ötüb. Bu illər ərzində müharibə əlillərinə 7 200 avtomobil əvəzsiz olaraq təqdim edilib. Artıq bu il də 100 avtomobil təqdim olunub və proses ilin sonuna kimi davam edəcək. Bunlar postmüharibə paketinin sadəcə bir hissəsi idi. Postmüharibə paketi daha geniş idi və bu paketin anonsunu da cənab Prezident ötən ilin son günlərində imzaladığı sərəncam və fərmanlarla verdi”, - nazir bildirib.
"Düşünürük ki, cari ay ərzində də Vətən müharibəsi qəhrəmanları ailələrinin hər biri mənzillərlə təmin olunacaq. Bu, geniş paketin tərkib hissəsidir. Əlbəttə bu paketin icrası dövlətin şəhid ailələrinə, müharibə əlillərinə verdiyi önəmin, diqqətin bariz təzahürüdür”, - Sahil Babayev əlavə edib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
