Sosial
Azərbaycanın tanınmış müəllimi evlənmək üçün elə yola əl atdı ki... - HƏR KƏS TƏƏCCÜB İÇİNDƏ - (FOTO)
“Hər iş sosial şəbəkələrlə düzəlir, bu qalıb, bunu da yoxlayaq, görək. Heç kimi “inbox”dan narahat etməmək və uyğun namizədlərin diqqətini çəkmək məqsədi ilə bu elanı verirəm. Rasional, proqressiv, pozitiv xanımlardan kim özünə “Həbiblə mənimki tutar” deyirsə, “inbox”a bir əl sallaya bilər. Status zarafat deyil”.
Bu sözləri Astara rayonu Ə.Əliyev adına Qapıçıməhəllə kənd ümumi orta məktəbinin tarix müəllimi Həbib Əlizadə özünün Feysbuk hesabında yazıb və evlənmək üçün uyğun namizədlərini gözlədiyini açıqlayıb.
Müəllimin bu fikirləri cəmiyyətdə maraqla qarşılanıb.
Yazdığı statusun həqiqətən də zarafat olub-olmadığı, eyni zamanda bu elanın izləyiciləri tərəfindən necə qarşılandığını öyrənmək üçün Həbib Əlizadə ilə əlaqə saxladıq.
H.Əlizadə Publika.az-a bildirdi ki, izləyiciləri onun bu statusunu pozitiv qarşılayıblar. O, həqiqətən də bu şəkildə ailə qurmağı düşündüyünü qeyd etdi: “Həyat elə gətirib ki, mən gəncliyin ilk illərində xanımlarla çox yaxın münasibət qurmamışam. Səbəb də dini inancımla bağlı olub. Amma sonrakı illərdə daha proqressiv yanaşdığım üçün çərçivələrdən azad oldum. Konkret olaraq isə mesaj qutusuna yazanlar kütləvi deyil. Bir neçə nəfər zarafat şəklində yazıb ki, evlənməyin. Bir iki nəfər də var ki, müəyyən müzakirə edirik. Bilirsiniz, mən xanımları narahat etmək istəmirəm. Amma kimsə məni tanıyır və mən də virtual da olsa onu tanıyırımsa, bir-birimizə müzakirə etmək şansı verə bilərik”.
Nəticənin olub-olmadığını soruşduğumuzda Həbib Əlizadə əlavə etdi ki, bu statusunun nəticəsini zaman göstərəcək: “Amma əgər yaxın dövr ərzində ailə qursam, nəticəsini Feysbukda paylaşaram. Bir də ki, mən rasional yanaşıram. Yəni şübhəsiz ki, sevgi vacibdir. Amma hisslər keçici ola bilər. Qarşılıqlı güvən, inam, xarakter, dünyagörüşü və s. də olduqca önəmli məsələlərdir. Bunlara taraz şəkildə yanaşmaq lazımdır. Sevgi və xarakter, dünyagörüşü uyğunluğu varsa, bu, daha yaxşıdır.Təmkinli davranıb ailə qurmaq lazımdır. Evliliyin davamlı olması üçün təkcə hisslər bəs etmir”.
Həmsöhbətimiz qeyd etdi ki, belə bir statusu yazanda kiminsə onu qınayacağını düşünməyib: “Mən çəkinmədim. Çünki kütləvi şəkildə xanımları “inbox”dan narahat etməkdənsə, bu, daha yaxşıdır. Bəzi adamlar var ki, xanımları bezdirirlər. Mən onu həm bacarmaram, həm də özümə sığışdırmaram. Ona görə bu yolu seçirəm. Bu, fərdi yanaşma tələb edir. Elə adam var ki, daha sakit yolunu tapır, tanış olur, ailə qurur. Eləsi də var ki, mənim kimi 30 yaşına çatsa da, təkdir. Açığı, burada maddiyyat da rol oynayır. Ailənin xərcləri və s. var. Gənclərin gec evlənməyində maddiyyat, ev də çox önəmlidir. Həm də Feysbuk dostlarım, izləyicilərim məni yaxşı tanıyır. Yəni adekvat münasibət göstərən çox insan var. Burada bu da rol oynayır. Qınayan olarsa belə, digər izləyicilərim özləri onların cavabını verir. Bu, məni çox şad edir. Çünki dəyərli dostlar və izləyicilər qazanmaq nemətdir”.
Akqabay
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI