Sosial
Mübariz Mənsimovdan SƏRT REAKSİYA: 1 qəpik də olsun... - - VİDEO
Video əlavə olunub.
xxx
Axır zamanlar bəzi TV kanalları, internet TV-lər, köşə yazarları, blogerlər, mənim və şirkətimin adından sui-istifadə edərək silsiləli verilişlər hazırlayırlar. Biz də sizin kimi bu verilişlərdən və yazılardan işıq üzü görəndə xəbər tuturuq. Mənim və şirkətimin adından danışan hər kəsdən xahiş edirəm ki, mənim rəyim və razılığım olmadan verilişlər hazırlamayın və efirə verməyin. Nəticədə belə güman edilir ki, bu verlişlər (yazılar) mənim sifarişimlə və maliyyə dəstəyimlə hazırlanır.
Publika.az Bakipost.az-a istinadən xəbər verir ki, bunu “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov haqqında yayılanan xəbərlərə münasibət bildirərkən deyib: "Mən bu günə qədər heç bir media şirkətinə 1 qəpik də olsun, nə vermişəm, nə verərəm, nə də bundan sonra verməyi düşünürəm. Heç bir medianı maddi cəhətdən dəstəkləməmişəm və bundan sonra da belə olacaq.
Belə verilişlər mənim xəbərim olmadan hazırlanır. Bu verilişlərin məzmunu idarə etdiyim "Palmali" şirkəti və mənimlə razılaşdırılmır. Bu səbəbdən razılaşdırılmamış xəbərlərin yayılmasını doğru saymıram. Bu xəbərləri yayaraq bizi alətə çevirməniz səhv addımdır.
Mən iş adamıyam. İşim gəmilərlə və gəmiçilərlədir. Bu çətin vaxtda bir də boş söhbətlərə alət etməyin bizi. Mənim adımdan istifadə edib yayılan xəbərlərin dayandırılmasını tələb edirəm. Bu tərz xəbərləri pisləyir və bu şəkildə mənə verilən özlərinə məxsus dəstəyi istəmir və qəbul etmirəm".
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?







.jpg)



















.jpg)
.jpg)






