Sosial
Şəhid Elçin Nəsirovun xatirəsinə bulaq inşa edildi
Füzuli rayonu Əhmədalılar kəndində Elçin Nəsirovun xatirəsinin əbədiləşdirilməsi üçün bulaq inşa edilib.
Publika.az xəbər verir ki, bulaq kompleksinin açılışında rayon icra hakimiyyətinin nümayəndələri, şəhid ailələri, müharibə qaziləri və veteranları, kənd ictimaiyyəti, məktəblilər iştirak ediblər.
Çıxış edənlər 44 günlük zəfər yürüşündən və şanlı qələbədən söhbət açıblar. Bildirilib ki, şəhidlərimizin qəhrəmanlıq yolu gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuzun düşmən üzərində parlaq qələbəsi Azərbaycanın tarixinin ən şanlı səhifəsini təşkil edir. Haqq savaşı uğrunda canlarını fəda edən şəhidlərimizin bu şanlı tarixdə əbədi xatirələrinin olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, belə qəhrəmanlarımız sırasında Nəsirov Elçin Ramiz oğlu da yer alır.
Onun şərəfli ömür yolundan danışanlar qeyd edib ki, Elçin Nəsirov 1988-ci il yanvarın 13-də Füzuli rayonunun Əhmədalılar kəndində dünyaya göz açıb. Yeniyetmə çağlarından vətənpərvərliyi ilə seçilən Elçinin ən böyük arzusu hərbçi kimi Vətən keşiyində dayanmaq olub. Həqiqi hərbi xidməti zamanı hərbi sirlərə mükəmməl yiyələnən Elçin snayperçi olub. O, xidmətini bitirdikdən sonra bir müddət mülki işdə çalışsa da 2016-cı ilin Aprel döyüşlərindən sonra istəyi ilə müddətdən artıq hərbçi olaraq xidmətə başlayıb. Həmlə taborunun snayperçisi olan Elçin müharibənin ilk günlərindən döyüşlərə qoşulub. Açdığı dəqiq atəşlərlə düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib. Hadrut qəsəbəsinin və Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə şücaəti ilə seçilən Elçin Nəsirov oktyabrın 25-də Füzulidə Qorqan istiqamətində gedən gərgin döyüşlər zamanı şəhid olub. Elçin Nəsirov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
-
Sosial01:11Sağ ikən özünə “QR kod”lu başdaşı düzəltdirdi - VİDEO
-
Avropa00:42Zelenskidən YENİ MESAJ: "Vacib günlərdir və çox şey dəyişə bilər"
-
Qoroskop00:15Günün ULDUZ FALI - Nəticələr sizi sevindirəcək
-
Magazin130 Noyabr 23:48"Televiziyaları elə rəzil hala salıblar ki..." - FOTO
-
Art30 Noyabr 22:48Polad Bülbüloğlunun oğluna YENİ VƏZİFƏ VERİLDİ
-
Avropa30 Noyabr 22:36“Zelenski Yeni ildə istefa verəcək”
-
Magazin130 Noyabr 21:48"Kişi elə gəzməlidir ki, qadın bilməsin"
-
Avropa30 Noyabr 21:36101 yaşlı bodibilder uzunömürlülüyün SİRRİNİ AÇDI - VİDEO







































