Sosial
Təbii qazın yeni tarifləri nə vaxtdan və necə hesablanacaq? - RƏSMİ
"Azərbaycanda təbii qazın qiyməti noyabrın birinə qədər köhnə qiymətlərlə hesablanacaq".
Publika.az xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.
O bildirib ki, oktyabrın sonuna qədər qiymətlər əvvəlki kimi olacaq: "Noyabrın 1 dək abonentlər 1200 kubmetrə qədər istifadə etdiyi qaza görə bir kubmetr üçün 10 qəpik, 1200 kubmetrdən 2500 kubmetrə qədər 20 qəpik ödəyəcək. Noyabrın 1 dən isə 1200 kubmetrə əhali abonenti 1 jşkubmetr qaza görə 12 qəpik ödəyəcək. 1200 kubmetrdən yuxarı istifadə edənlər üçün isə qiymətlər dəyişməyəcək.
Sənaye və kənd təsərrüfatında isə qazın bir kubmetri 20 qəpikdən 25 qəpiyə qaldırılacaq. "Azəriatiliktəchizat" isə noyabrın 1 -dən qazın bir kubmetrinə görə 13 qəpik deyil, 16.5 qəpik ödəyəcək".
Ruslan Əliyev təbii qazın bahalaşması səbəblərini də açıqlayıb.O bildirib ki, buna səbəb beynəlxaq bazarda qaz və qaz avadanlıqlarının bahalaşmasıdır:
"Bunun səbəbləri isə beynəlxalq bazarda qiymət artımı ilə bağlıdır. Əgər biz bu vaxta qədər qazın topdan satışını 110 manata alırdıqsa, artıq indi bu qiymət 118 manatdır.
Həmçinin, beynəlxalq bazarda qaz qurğularının, avadanlıqların qiymətləri bahalaşıb. On görə də, bu bahalaşma qazın satış qiymətin də təsirsiz ötüşməyib".
-
Ekologiya15:27Şimşək çaxacaq, dolu düşəcək - Xəbərdarlıq
-
Yaxın Şərq14:57İranın nüvə kompleksi vuruldu
-
Hadisə14:06Həyat yoldaşına şiddət göstərən kişi cinayət məsuliyyətindən azad еdildi
-
İdman13:49Məşhur futbolçu İran millisindən bu görüntüyə görə qovuldu - Foto
-
MDB13:39Məhkəmə eks-spikerin 1,2 milyardını dövlətə verdi
-
MDB13:29Paşinyandan Novruz təbriki
-
Ekologiya12:48Sabaha gözlənilən hava şəraiti açıqlandı
-
Maraq dünyası11:58Merin başına elə şey düşdü ki... - Video
































.jpg)



.jpg)
