Sosial
BDU-dan 200 yerlik tələbə yataqxanası... - AÇIQLAMA
“Biz yeni yataqxananın tikintisinə 3 il öncə başlamalıydıq. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işlərimizi bir az gecikdirdi. Yaxın vaxtlarda yataqxana ilə bağlı inşaat işləri aparmağı planlaşdırırıq”.
Bunu Publika.az-a açıqlamasında Bakı Dövlət Universitetinin İqtisadi-təsərrüfat işləri üzrə prorektoru Nəbi Ramazanlı deyib. Prorektor bildirib ki, yeni yataqxananın tikiləcəyi yer məlumdur:
“Universitetin tələbə şəhərciyi kompleksi var, “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında, kooperativ binalarına yaxın olan yerdə, Şərifzadə və Mirəli Seyidov küçələrinin kəsişən yerindədir, yəqin ki, orada inşa olunacaq. Orada 200 yerlik yataqxana planlaşdırılır. Yeni yataqxananın ödənişli olub-olmaması ilə bağlı indidən nəsə demək çətindir. Yəqin ki, bu tikinti dövlət hesabınadırsa, ödənişli olmaz, amma ola bilər ki, kiçik məbləğdə ödəniş nəzərdə tutulsun. Biz özümüz də SSRİ vaxtında yataqxanada qalarkən illik ödənişlər edirdik. Bu barədə vaxt yetişəndə danışmaq daha doğru olar. Şəhərsalma qaydaları ilə bağlı sənədləşdirmə prosedurunu başa çatdırmalıyıq”.
Nəbi Ramazanlının sözlərinə görə, bəzən yazışma prosesləri tikinti prosesindən daha çox vaxt aparır:
“Tikintiyə başlasaq, ən geci il yarıma işi başa çatdırmaq mümkündür. Biz yalnız layihəni hazırlamışıq. Layihəni ekspertizaya təqdim etmişik, ekspertizadan keçdikdən sonra biz tender elan edə bilərik. Yeni qaydalar var. Bizim layihə 3-5 il əvvəl layihələndirilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sonradan yarandığı üçün həmin qaydaları yeniləmək istəyir. Ekspertizadan keçdikdən sonra layihəni 2-3 ay ərzində tenderə çıxara bilərik. Yəqin ki, tenderə çıxarma 2022-ci ildə mümkün olacaq”.
Tural Turan
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)





















.jpg)
.jpg)
