Sosial
"Azəriqaz" Smart sayğacları niyə mexaniki sayğacla əvəzləyir? - AÇIQLAMA
"Azəriqaz" İstehsalat Birliyi abonentlərin istifadəsində olan Smart tipli qaz sayğaclarının mexaniki sayğacla dəyişdirilməsinin səbəblərini açıqlayıb.
Publika.az xəbər verir ki, məsələyə aydınlıq gətirən Azəriqaz İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev qaydalara görə əhali abonentlərinin istifadəsində olan sayğacların 5 ildən bir dövlət yoxlamasından keçməli olduğunu bildirib.
"Ona görə də 5 ildən-bir biz bu sayğacları dəyişərək dövlət yoxlamasına göndəririk.
Qaldı ki sayğacların dəyişdirilməsinə, "Azəriqaz" 2021-ci ildən Smart qurğulu sayğacların tətbiqinə başlayıb. Bu gün də bizim istehsalatda 3 növ sayğacdan istifadə olunur. Bunlar Smart tipli sayğac, Smart qurğulu sayğac və mexaniki sayğaclardır. Bu sayğacların 3-nün də iş prinsipi eynidir. Bu ildən etibarən isə mexaniki tipli sayğacların üzərində xüsusi qurğular quraşıdırmaq istəyirik. Biz bu qurğuların quraşdırılması üçün mexaniki sayğacların quraşdırılmasına başlamışıq. Həmin qurğular Smart tipli sayğaclarda deyil, məhz mexaniki sayğaclar üzərində quraşdırılacaq.
Digər tərəfdən, artıq Avropanın əksər ölkələrində Smart sayğaclardan imtina edilib. Çünki, məhsulun istifadə olunmadan haqqının ödənilməsi qəbul edilmir", baş direktor deyib.
R.Əliyev qeyd edib ki, hazırda mexaniki sayğacların qiyməti Smart sayğacların qiymətindən çox ucuzdur və bu da büdcəyə kifayət qədər qənaət deməkdir.
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat










.jpg)


.jpg)






















