Sosial
AQTA daha 3 müəssisədə pozuntular aşkarladı
Monitorinqlər zamanı 3 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.
Bu barədə Publika.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində 2021-ci il noyabrın 2-də ölkə üzrə 399 ictimai iaşə obyektində 704 monitorinq keçirilib. Monitorinqlər zamanı 3 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, Park Bulvar ticarət mərkəzində yerləşən, hüquqi şəxs "Gravity" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Woki Oki” restoranı;
2. Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, Park Bulvar ticarət mərkəzində yerləşən, fiziki şəxs Bülent Kökə məxsus "Ye doy" kafesi;
3. Bakı şəhəri, Suraxanı rayonu, İ.Məmmədov 1c ünvanında yerləşən, fiziki şəxs Hüseynov Xalıqverdi Kamal oğluna məxsus “Olimp Çay Evi” kafesi.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi












.jpg)




















.jpg)

.jpg)
