Sosial
Biz bütün dünyaya dəmir yumruğumuzu göstərdik - Mənsimov
"Palmali" Şirkətlər Qrupu 8 noyabr - Zəfər Gününü qeyd edib.
Publika.az xəbər verir ki, Qarabağda əldə etdiyimiz qələbənin birinci ildönümünə həsr olunan mərasimdə "Palmali"nin rəhbəri Mübariz Mənsimov çıxış edib.
M.Mənsimov bildirib ki, müdrikliklə yürüdülən xarici siyasət, hərbi-strateji kurs, eyni zamanda Azərbaycan cəmiyyətində hökm sürən yüksək vətənpərvərlik ruhu bizi nəticədə Zəfərə gətirdi:
"Zəfərin mübarək, əziz Azərbaycan! Zəfərin mübarək, əziz Azərbaycan xalqı! Zəfərin mübarək, doğma Vətənim! Biz artıq qələbəmizi Cıdır düzündə qeyd edirik. Şanlı üç rəngli bayrağımız Şuşada, Kəlbəcərdə, Zəngilanda, Füzulidə, Ağdamda, Cəbrayılda, Laçında, bir sözlə, bütün Qarabağda dalğalanır. Qarabağ azaddır, Qarabağ Azərbaycandır! Biz bütün dünyaya dəmir yumruğumuzu göstərdik. Göstərdik ki, Vətən çağıranda biz birləşir və həyatımız bahasına torpaqlarımızı düşmənlərdən 44 gün ərzində azad edirik. Ali Baş Komandanımız, qüdrətli və müzəffər ordumuz, həmçinin qardaş ölkələrin mənəvi dəstəyi sayəsində Azərbaycan tarixinin yeni və ən parlaq səhifələrindən birini yazdıq.
Heç şübhəsiz ki, bu böyük və sarsılmaz qardaşlığın - Türkiyə-Azərbaycan qardaşlığının qələbəsidir. Zəfər yolumuz şəhidlərimizin qanı hesabına salındı. Hər birinin müqəddəs ruhu qarşısında baş əyirəm, bu yolda qazi dərəcəsinə yüksəlmiş qardaşlarıma möhkəm cansağlığı arzulayıram. Eşq olsun Azərbaycan Respublikasının Ali Baş Komandanına. Eşq olsun Azərbaycanın müzəffər ordusuna. Eşq olsun qalib ölkənin qalib vətəndaşlatına. Biz bu qələbə irsini əbədi yaşadacaq, gələcək nəsillərimiz isə bu ənənəni mütləq davam etdirəcəklər. Qalib xalq bütün zamanlarda qalibiyyət içində yaşamağa məhkumdur, çünki qalibdir".
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi












.jpg)




















.jpg)

.jpg)
