Sosial
Tanınmış alim vəfat etdi
Aqrar sahə üzrə tanınmış alim Verdiyev Rəhman Xəlil oğlu vəfat edib.
Publika.az xəbər verir ki, kənd təsərrüfatı sahəsinin inkişafı ilə bağlı yazdığı elmi əsərlərlə məşhur olan alim 86 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Verdiyev Rəhman Xəlil oğlu 1935-ci ildə Kəlbəcər rayonunun Yanşaq Kəndində anadan olub. O, 1951-ci ildə Yanşaq kənd orta məktəbini bitirib. Elə, həmin il Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakültəsinə daxil olub. 1960-cı ildə ixtisası üzrə Moskvaya, aspiranturaya oxumağa getmiş və aspiranturanı 1964-cü ildə uğurla başa vurmuşdur.
Ümümittifaq Elmi Tədqiqat Kənd Təsərüfatı Təşkili və İqtisadiyyatı İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru, professor Labines Vladislav Feliksoviçin rəhbərliyi ilə “Azərbaycanın dağlıq rayonlarında kənd təsərrüfatı istehsalının ixtisaslaşdırılması və sahələrin əlaqələndirilməsi” mövzusunda dissertasiya müdafiə etmiş və iqtisad elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb.
Alim adı ilə Azərbaycana qayıdan Rəhman Verdiyev 1967-ci ilə kimi müxtəlif idarələrdə ixtisası üzrə işləmişdir. 1977-ci ildə R.X.Verdiyev yenə də elmi işə qayıdır-Respublika Üzümçülük-Şərabçılıq İnstitutunda şöbə müdiri təyin olunur. 1990-cı ildə həmin institutun direktoru vəzifəsinə irəli çəkilir. O, işlədiyi müddətdə elmi fəaliyyətini davam etdirib. Belə ki, həmin dövrdə 50-yədək elmi əsəri yazıb çap etdirib.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi












.jpg)




















.jpg)

.jpg)
