Sosial
Saxta qazinin görüntüləri ETİRAZA SƏBƏB OLDU: Belə fırıldaqçılar... - VİDEO
Özünü yalandan qazi və müharibə iştirakçısı kimi təqdim edən insanlar var. Ümumi və ciddi nəzarət olmayanda cəmiyyətdə belə hadisələr çox olur. İctimai qınaq bununla mübarizə aparmağın ən təsirli yoldur. Qazilər özləri də bu məsələdə aktiv olmalıdır. Onların formal və qeyri-formal toplaşdıqları cəmiyyətləri var ki, mövzu ilə bağlı müəyyən təbdirlər həyata keçirə bilər. İlk növbədə bu qazilərin özü belə saxtakarlarla mübarizə aparmalıdır.
Bu sözləri Publika.az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.
Ekspert bildirib ki, saxta qazilərlə mübarizə tək həqiqi qazilərin işi deyil, icazə verməməliyik ki, kimsə qazilərimizin adına ləkə salsın:
“Bu cür saxtakarlar həm qazilərin adına kölgə salır, həm də ümumi əhalidə onlara qarşı soyuqluq və şübhə hissi yaradır. Eyni zamanda hüquq-mühafizə orqanları müvafiq işlər görməlidir. Bu adamların fırıldaqçılıqla məşğul olduğu və ya kələk gəldikləri aydınlaşıbsa, onlara ciddi cəza vermək lazımdır. Belə fırıldaqçılar qazilərə qarşı dövlətin qayğısızlığını nümayiş etdirir, müharibə iştirakçılarının mənəvi xarakteri haqqında yanlış təsəvvürlər yaradırlar. Buna, sadəcə fırıldaq və dələduzluq da demək olmaz, vətənpərvərlik hisslərimizlə oynayırlar. Odur ki, həm əhalinin, həm qazilərin qınağı, həm də hüquq-mühafizə orqanlarının çox ciddi cəzalandırma mexanizmi olmalıdır”.
Məlumat üçün bildirək ki, Zəfər günü Dənizkarı Milli Parkda təşkil edilən atəşfəşanlıq zamanı bayramı qeyd edən insanların içərisində əsa ilə gəzən və fişəng səslərinin ona pis təsir etdiyi görüntüsünü yaradaraq özünü qazi kimi təqdim edən şəxslə bağlı araşdırma aparılıb. Məlum olub ki, videodakı şəxs Vətən müharibəsində iştirak etsə də, aktiv döyüşlərə qatılmayıb və səhhətində heç bir problem yoxdur.
Sözügedən şəxsin ifşa olunduğu videosu sosial şəbəkələrdə yayılıb.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı










.jpg)























.jpg)

.jpg)