Sosial
Arzu Nağıyev saxta qazilərdən danışdı: “Layiqli cəzalarını alıblar”
“Bütün müharibələrdən sonra belə hallar olub və layiqli cəzalarını da alıblar. Özünü qəhrəman kimi göstərmək istəyən, kiminsə haqqına girib onun orden və medallarından istifadə edənlər olub və olacaq. Lakin cəmiyyət də buna kəskin reaksiya verməlidir”.
Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Arzu Nağıyev deyib. Zəfər günü Dənizkənarı Milli Parkda təşkil edilən atəşfəşanlıq zamanı bayramı qeyd edən insanların içərisində əsa ilə gəzən və fişəng səslərinin ona pis təsir etdiyi görüntüsünü yaradaraq özünü qazi kimi təqdim edən şəxsin görüntülərindən danışan millət vəkili qeyd edib ki, bu, qazilərin adına hörmətsizlikdir:
“Məlum məsələdir ki, Vətən uğrunda öz konstitusiya hüquqlarını müdafiə edən və bərpa edən adamlar heç vaxt belə addımlar atmaz. Əlinə silah almasa da, qazilərin haqqına girib özünü müharibə veteranı və ya qazi kimi təqdim edən şəxslərə qarşı cəmiyyət özü cəzasını verməlidir. Allah şəhidlərimizə rəhmət eləsin, həqiqi qazilərimizin cəmiyyətə qarışması çox mühüm məsələdir. Bu cür hadisələr onların qəhrəmanlığına hörmətsizlikdir. Bu adamlar özlərini müəyyən vaxta qədər qazi kimi təqdim edə bilərlər. Lakin sonradan hamısı ifşa olunur və olunacaq”.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı










.jpg)























.jpg)

.jpg)