Sosial
Pensiyaya çıxmaq istəyənlərin nəzərinə! - VİDEO
Azərbaycanda hər il minimum pensiya artır və bu artıma uyğun olaraq pensiya kapitalı üçün nəzərdə tutulan məbləğ də artır. Çünki minimun pensiya kapitalı 144 aylıq minimum pensiya məbləğinə bərabərdir. Milli Məclisin büdcə müzakirələrində pensiya kapitalı ilə bağlı təkliflər verilib.
Mövcud qanunvericiliyə əsasən, Azərbaycanda orta pensiya müddəti 12 il nəzərdə tutulur. Vətəndaşın pensiya kapitalı da hesablanarkən məhz 12 il müddəti əsas meyar kimi götürülür.
Pensiyaların verilməsi aylıq hesabıyla ifadə olunduğu üçün 12 il müddəti 12 aya vurulur və orta pensiya müddəti 144 ay qəbul edilir. Bu hesabla minimum pensiya 200 manat olduqda pensiya kapitalı da 28 min 800 manata bərabər olur. Vətəndaş 28 min 800 manat pensiya kapitalı yığdıqdan sonra minimum pensiya almaq hüququna malik olur. Hər il minimum pensiyanın artımı fonunda bu alqoritmə əsasən pensiya kapitalı üçün nəzərdə tutulan məbləğ də artır.
Publika.az xəbər verir ki, millət vəkili Vüqar Bayramov Xəzər-Xəbərə vətəndaşdan tələb olunan minimum pensiya kapitalı məbləğinin hər il daha da yüksəlməməsi üçün təkliflər hazırlandığını bildirib.
Deputatın sözlərinə görə, etdikləri bu təkliflə bağlı bir çox ölkələrdə mexanizmlər də mövcuddur. Bu təklif qəbul olunacağı təqdirdə, vətəndaş pensiya yaşına çatana qədər nə qədər pensiya kapitalı yığmalı olduğunu əvvəlcədən biləcək.
Qeyd edək ki, növbəti il üçün minimum pensiya məbləğinin 240 manata qaldırılması planlaşdırılır. Bu da o deməkdir ki, pensiya kapitalına tələb 34 min 560 manat olacaq ki, bu da 5760 manat artıq vəsait toplamaq deməkdir. Mövcud qanunvericilik dəyişməsə, minimum pensiya məbləği artdıqca pensiya kapitalına tələb də artacaq.
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı
-
İnanc20 Mart 18:00Tüstüdən gələn mistik güc: Cansız daş da can tapa bilər, əgər...
-
Nida Xəbər 20 Mart 17:06Mehriban Əliyeva xalqımızı bayram münasibətilə təbrik etdi
-
Rəsmi xronika20 Mart 16:32İlham Əliyev onu nazir müavini təyin etdi - Foto





















.jpg)














.jpg)

