Sosial
AQTA bir neçə restoranı cərimələdi
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Publika.az-a AQTA-dan verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il noyabrın 21-də ölkə üzrə 393 ictimai iaşə obyektində 665 monitorinq keçirilib. Monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Binəqədi rayonu, Ə. Rəcəbli 3103 ünvanında yerləşən, fiziki şəxs Qurbanov Nuru Zərbəli oğluna məxsus restoran;
2. Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsi 11 ünvanında yerləşən, fiziki şəxs “Nabikoğlu” MMC-yə məxsus “Chef Baku” restoranı;
3. Bakı şəhəri, Nəsimi rayonu, Fizuli küçəsi, ev 49 ünvanında yerləşən, fiziki şəxs Əliyev Ruslan Mübariz oğluna məxsus “The Hall By Emiland” restoranı;
4. Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küç., ev 29 ünvanında yerləşən, fiziki şəxs Hudulov Tələt Dibirhacı oğluna məxsus kafe.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı
-
İnanc20 Mart 18:00Tüstüdən gələn mistik güc: Cansız daş da can tapa bilər, əgər...
-
Nida Xəbər 20 Mart 17:06Mehriban Əliyeva xalqımızı bayram münasibətilə təbrik etdi













.jpg)

















.jpg)



.jpg)

