Sosial
Noyabrın 16-da şəhid olan hərbçilərin ailə üzvlərinə sosial ödənişlər təyin olundu
Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun şəhid olan 7 hərbi qulluqçusunun ailələri sosial dəstək tədbirləri ilə əhatə olunub.
Bu barədə Publika.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyinin əməkdaşları şəhidlərimiz - leytenant Niftəliyev Ümüd Oruc oğlu, gizir Cabbarov Orxan Hətəm oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Əliyev Natiq Yusif oğlu, əsgər Ağayev Elçin Mərifət oğlu, əsgər Əlizadə Elmin Samir oğlu, əsgər Əliyev Elçin Ramil oğlu, əsgər Xəlilov Murad Qalib oğlunun ailələri ilə görüşərək onların sosial vəziyyətini öyrəniblər.
"Ailə üzvlərinə sosial təminat hüquqları, qanunvericilikdə onlar üçün nəzərdə tutulan güzəşt və imtiyazlar barədə məlumat verilib. 7 şəhidimizin 14 ailə üzvünə müraciətlərinə ehtiyac qalmadan, zəruri sənədlər toplanaraq Prezidentin aylıq təqaüdü və müavinət, ümumilikdə 15 ödəniş təyinatı həyata keçirilib", - məlumatda qeyd edilir.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi















.jpg)

















.jpg)
.jpg)
