Sosial
FHN-in Beynəlxalq Axtarış-xilasetmə dəstəsi taktiki-xüsusi təlim keçirdi - FOTO/VİDEO
Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyətinin iştirakı ilə taktiki-xüsusi təlim keçirilib.
Publika.az xəbər veri ki, Nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsinə hazırlığının yüksəldilməsi məqsədilə Nazirliyin Mülki müdafiə qoşunlarında reallaşdırılan təlimdən əvvəl Dəstənin rəhbəri, FHN Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ələsgər Əliyevin iştirakı ilə hazırlıq tədbiri keçirilib. Tədbirdə Nazirliyin aidiyyəti mütəxəssisləri tərəfindən Dəstə üzvlərinə zəruri təlimatlar verilib.
Daha sonra təlimə start verilib. İki mərhələdə keçirilən təlimin birinci mərhələsində Dəstənin humanitar əməliyyatlarda iştirakı məqsədilə hazır vəziyyətə gətirilməsi üzrə tədbirlər həyata keçirilib. Bu məqsədlə Dəstənin şəxsi heyətinin toplanması, yaranmış vəziyyət və qarşıya qoyulan tapşırıqlar barədə məlumatlandırılması təmin edilib. Eləcə də şəxsi heyətin təhlükəsizlik qaydaları barədə təlimatlandırılması, tibb və digər təminat növlərinin təşkili diqqət mərkəzində olub.
Təlimin ikinci mərhələsində əsas səylər FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şərti olaraq yardım üçün müraciət etmiş ölkəyə göndərilməsi, sərhədkeçmə və gömrük prosedurlarının həyata keçirilməsi, hadisə yerində yaranmış şəraitin qiymətləndirilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin, eləcə də Qəbul/Yolasalma Mərkəzi (RDC), Şəhər Əməliyyatlarının Koordinasiya Mərkəzinin (UCC) fəaliyyətinin təşkili həyata keçirilib. Təlim zamanı Nazirliyin Mülki müdafiə qoşunlarının Təlim poliqonunda dağıntılar altından şərti zərərçəkmişlərin xilas edilməsi üzrə tədbirlər həyata keçirilib. Həmçinin, beynəlxalq humanitar əməliyyatlar zamanı INSARAG işarələmə sisteminin tətbiqi, texniki təhlükəsizlik qaydalarına riayət olunması, həyat və sağlamlığın qorunması üzrə əməli vərdişlərin aşılanması da diqqət mərkəzində olub.
Sonda müvəffəqiyyətlə həyata keçirilmiş təlimin nəticələri müzakirə olunub, aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib.
Təlim zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)





















.jpg)
.jpg)
