Sosial
İşsiz vətəndaşlara ŞAD XƏBƏR: İki il boyunca pul ala bilərsiniz... - VİDEO
Video əlavə olunub.
***
İşsizlikdən sığorta olunan vətəndaşların itirilmiş əməkhaqları necə bərpa olunur? Ümumiyyətlə, hansı halda vətəndaşlara bu ödənişlər şamil olunmalıdır? Əməkdaşlarımız mövzu ilə bağlı aidiyyəti qurumdan açıqlama alıblar.
Publika.az Xəzər TV-yə istinadən xəbər verir ki, ölkəmizdə 2021-ci ilin 10 ayı ərzində 3033 nəfərə işsizlik sığorta ödənişi təyin edilib, oktyabr ayında isə 374 nəfər bu ödənişdən yararlanıb. Lakin bir çoxları hələ də belə bir sığorta anlayışından xəbərsizdir.
Məbləğlər isə fərqli hesablanır. Əmək müqaviləsinin müddətinin bitməsinə görə əmək münasibətlərinə xitam verilmiş şəxslərdə işsizliyin başlamasından əvvəlki 36 ay ərzində 35 aydan çox ardıcıl gələn müqavilə üzrə sığorta stajı olduqda həmin şəxslərə üç ay müddətində minimum sığorta ödənişi təyin edilir. Dövlət orqanı və ya hüquqi şəxs ləğv olunduqda isə bu vaxt sığorta ödənişinin müddəti işsizliyin başlamasından 24 təqvim ayı olaraq nəzərdə tutulur.
Qeyd edək ki, işsizlikdən sığortadan daha çox şəxsin yararlanması məqsədilə qanuna dəyişiklik layihəsi hazırlanmaqdadır. Belə halda daha çox şəxs bu ödənişdən yararlana biləcək. Rəsmi şəkildə işləməyən və sığorta ödənişi etməyən vətəndaşlar işsizliyə görə sığorta hüququndan faydalana bilməzlər.
-
Sosial21:47Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Magazin221:12Planetin ən dəbli kişisi o imiş...
-
ABŞ20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü
-
Ekologiya19:30Bakıda külək gücləndi - Faktiki hava
-
İdman19:12Zlatan İbrahimoviç kriminal serialda rol alacaq
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı
-
Avropa18:36Şahzadə Uilyamın malikanəsinə gecə basqını - Helikopterlər havaya qaldırıldı
-
İqtisadi gündəm18:24Azərbaycanda aqrar sektor üçün yeni bank məhsulu buraxıldı




































