Sosial
Bizim vaksin pasportundakı QR kodunu Avropada elektron sistem oxuya bilmir - Deputat
İqtisadçı deputat Vüqar Bayramov Azərbaycanda verilən peyvənd sertifikatının hələ də Avropa Birliyində elektron sistem tərəfindən tanınmaması problemindən yazıb.
Publika.az xəbər verir ki, V. Bayramov sosial şəbəkə paylaşımında qeyd edib ki, 2021-ci ilin ilk ayından sonra sərt karantin tədbirləri tətbiq etmədən yoluxma sayında kəskin artımın qarşısının alınması təqdirə layiqdir:
“Bununla yanaşı, peyvənd sertifikatının elektronlaşması və eləcə də onun regional qəbul edilməsi baxımdan təəssüf ki, problemlər qalmaqdadır. Belə ki, Azərbaycanda verilən Peyvənd Sertifikatı hələ də Avropa Birliyində elektron sistem tərəfindən tanınılmır və oxunmur.
Bu isə peyvənd sertifikatı olan Azərbaycan vətəndaşlarının bir sıra hallarda Avropda qapalı məkanlara daxil olmasını əngəlləyir. Çünki bizim vaksin sənəddə olan QR kodunu Avropada elektron sistem oxuya bilmir. Hətta “Pfizer” peyvəndindən istifadə edən vətəndaşlarımızın da Avropada qapalı məkanlara daxil olarkən oxşar problemlə üzləşirlər.
Ötən həftə İtaliyada səfərdə olan zaman Avropa Birliyinin elektron bazasına inteqrasiya olunmamağın bizim vətəndaşlar üçün yaratdığı texniki problemləri müşahidə etdim. Bu baxımdan, bu istiqamətdə işlərin sürətləndirilməsi çox vacibdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən məlumatların elektronlaşması və Avropa Birliyi elektron sistemin inteqrasiyasına ehtiyac var”.
Deputat qeyd edib ki, Avropa İttifaqında birliyə üzv olmayan ölkələrin elektron inteqrasiyası baxımdan hər hansı əngəl yoxdur:
“Sadəcə, həmin ölkələr uyğun sahədə inteqrasiya oluna bilən elektron bazalarını formalaşdırmalıdırlar. Yeri gəlmişkən, birliyə üzv dövlətlər ilə yanaşı Avropa İttifaqına daxil olmayan 28 ölkə artıq qitənin elektron bazasına inteqrasiya olunub. Cənubi Qafqazda yerləşən digər iki ölkə, Türkiyə, Moldova, Ukraniya elektron inteqrasiya olunan ölkələr sırasındadır və həmin ölkələrin vətəndaşlarının QR kodları Avropada tanınır və oxunur. Bizim peyvənd sertifikatının QR kodu isə hələ də qədim qitə sərhədlərində tanınmır”.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO










.jpg)

























.jpg)


