Sosial
Müddətli əmək müqaviləsi üzrə tələb edilən sığorta stajı azaldıldı
Azərbaycanda müddətli əmək müqaviləsi üzrə tələb edilən sığorta stajının azaldılması təklif olunur.
Bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İşsizlikdən sığorta haqqında” qanunda dəyişiklikdə əksini tapıb.
Təklif edilən dəyişikliyə əsasən, qanunun müvafiq maddəsində nəzərdə tutulan halda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 30 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə minimum sığorta ödənişi təyin olunacaq. Əvvəlki redaksiyada bu ödəniş 35 ay sığorta stajına görə verilirdi.
Müzakirələrdən sonra qanuna dəyişiklik üçüncü oxunuşda səsverməyə qoyularaq qəbul edilib.
-
Sosial21:47Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu
-
Magazin221:12Planetin ən dəbli kişisi o imiş...
-
ABŞ20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü
-
Ekologiya19:30Bakıda külək gücləndi - Faktiki hava
-
İdman19:12Zlatan İbrahimoviç kriminal serialda rol alacaq
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı
-
Avropa18:36Şahzadə Uilyamın malikanəsinə gecə basqını - Helikopterlər havaya qaldırıldı
-
İqtisadi gündəm18:24Azərbaycanda aqrar sektor üçün yeni bank məhsulu buraxıldı




































