Sosial
Bu, uşaqların cəmiyyətə inteqrasiyası üçün vacibdir - Kərimov
Sosial islahatlar davam edir. Bu islahatların əsas sahələrindən biri ailələrin qorunması, ailə dəyərlərinin gənc nəslə ötürülməsi, qadın və uşaqların qorunmasıdır.
Publika.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Azərbaycanda mövcud ailə münasibətləri: "Sosial-Psixoloji Təhlil" ictimai rəy sorğusu və sosioloji tədqiqatın nəticələrinə dair konfransda deyib.
Onun sözlərinə görə, bu il ərzində 400 min manat məbləğ uşaqlar və aztəminatlı ailələr üçün ayrılıb: "Bu gün 50 mindən çox ailə, 200 mindən çox insan ünvanlı sosial yardım alır. Onların yarıdan çoxu qadın və uşaqlardır. Bu il 62 min insan iş yeri ilə təmin edilib. Gələn il uşaqlar üzrə 9 istiqamətdə müavinətlər olacaq".
Nazir müavini qeyd edib ki, aztəminatlı ailələrin sosial xidmətlərə daha çox çıxışını təmin etmək üçün ciddi layihələr həyata keçirilib: "800-dən çox uşaq bu proqramdan yararlanıb. Son dövrdə 106 uşaq yeni ailələrə verilib. Ailələrin qiymətləndirilməsində elektron platformadan istifadə edilib. Eyni zamanda himayədar ailə layihəsi var ki, bu da uşaqların cəmiyyətə inteqrasiyası üçün vacibdir" .
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular



































.jpg)

.jpg)
