Sosial
Bahalaşma dünyada gedən ümumi prosesdir - Professor
“İstənilən halda, bahalaşma varlıların da, kasıb adamların da büdcəsinə təsir göstərir. Alıcılıq qabiliyyətini azaldır. Amma çörəyin qiymətinin qalxması dünyada gedən proseslərlə, ümumi bahalaşma ilə birbaşa bağlıdır”.
Bunu Publika.az-a açıqlamasında un məhsullarının qiymətinin dəyişməsinə münasibət bildirərkən iqtisadçı alim, professor Əli Əlirzayev deyib. Professor bildirib ki, hazırda un və un məmulatları xaricdən istehlak olunur:
“Əgər xaricdən alınan məhsulun qiyməti bahalaşırsa, onun satışında da bahalaşma mütləqdir. Unun baha qiymətə alınıb ucuz qiymətə satılması mümkün deyil. O zaman bu, biznes fəaliyyəti olmayacaq. Bu istiqamətdə biznes fəaliyyətini tənzimləmək üçün dövlət tərəfindən subsidiyalar verilməlidir. Yaxud dotasiya olmalıdır. Qabaqlar bu var idi. Ümumən xaricdən gətirilən malın qiyməti bahalaşırsa, onun satışı zamanı bahalaşma mütləq olacaq. Bu, təbiidir. Biz də xaricə neft satırıq. Neft bahalaşdıqca biz də digər məhsulların bahalaşmasını kompensasiya etməliyik. Bu istiqamətdə işlər aparıldıqdan sonra vəziyyət stabilləşəcək”.
Tural Turan
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi












.jpg)




















.jpg)

.jpg)
