Sosial
Ukraynada yaralanan azərbaycanlı sürücü ölkəyə gətiriləcək
Ukraynada davam edən müharibədə yaralanan azərbaycanlı sürücü Samir Tahirov Azərbaycana göndəriləcək.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) məlumat yayıb.
“18 mart 2022-ci il tarixində humanitar koridordan yararlanaraq S.Tahirov xüsusi təcili tibbi yardım avtomobili ilə Moldova Respublikasına təxliyə edilib. Kişinyov şəhərindəki xəstəxanalardan birinə yerləşdilən Samir əlavə iki cərrahi əməliyyat keçirib. Həyati riski, yaralının daha peşəkar və ixtisaslaşmış tibb müəssisəsində yekun əməliyyat və müalicə olunması zərurəti nəzərə alınaraq, Samir Tahirov 01.04.2022-ci il tarixində təcili tibbi yardım təyyarəsi ilə Türkiyə Respublikasının Ankara şəhərinə nəql edilib. Yaralı sürücümüz Gülhanə Hərbi Tibb Akademiyasına yerləşdirilib. Türk həkimlərin səyləri nəticəsində Samir Tahirov sağlamlığına qovuşub. Son həkim komissiyasının qərarından sonra ölkəyə göndərilməsi gözlənilir”, - məlumatda deyilir.
Qeyd edək ki, S. Tahirov fevralın 28-də Xarkov şəhərində baş vermiş toqquşmalar zamanı ağır güllə yarası alıb.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi














.jpg)



















.jpg)

.jpg)