Sosial
Ağalı kəndində beynəlxalq konfrans keçirildi - FOTO
İyunun 29-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının və Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə Zəngilan rayonunun Ağalı kəndində “Su ehtiyatlarının davamlı idarə edilməsində tərəfdaşlığın və fəaliyyətin təşviq edilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.
Publika.az xəbər verir ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin, ekspertlərin iştirakı ilə hibrid formatda keçirilən tədbirdə su ehtiyatları sahəsində davamlı inkişafın məqsəd və hədəflərinə nail olmaq üçün səylərin səfərbər edilməsi, bu məsələnin qlobal və regional həlli məqsədilə beynəlxalq səviyyədə dialoqun yaradılması, transsərhəd kontekstdə tərəfdaşlığın qurulması kimi aktual istiqamətlər müzakirə mövzusu olub.
Konfransda çıxış edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev işğaldan azad olunmuş ərazilərdə ekosistemin və infrastrukturun, hidrometeoroloji müşahidə sistemlərinin bərpası, su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə su mənbələrinin qiymətləndirilməsi və digər tədbirlər barədə məlumat verib.
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva deyib ki, dünyada təxminən 2 milyarddan çox insanın təhlükəsiz su ehtiyatlarına çıxışı yoxdur. O, Azərbaycanda iqlim dəyişikliyi və su ehtiyatlarının əksəriyyətinin mənbəyini qonşu ölkələrdən götürməsi səbəbindən su resurslarının çatışmazlığı probleminin mürəkkəbləşdiyini və onun həllində regional əməkdaşlığın vacib rol oynayacağını qeyd edib.
Konfransda çıxış edən “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov su ehtiyatlarından səmərəli istifadənin müasir dövrün ən aktual məsələlərindən biri olduğunu xatırladaraq işğaldan azad olunmuş ərazilərin içməli su təchizatı ilə bağlı məlumat verib. Qeyd olunub ki, işğal dövründə bu ərazilərdə içməli su təchizatı və kanalizasiya sistemləri dağıdılmış, işlək vəziyyətdə olan hidrotexniki qurğular və paylayıcı şəbəkələr yararsız hala salınıb.
“Torpaqlarımız işğaldan azad olunduqdan sonra “Azərsu” ASC tərəfindən ilkin olaraq yaşayış məntəqələrini su ilə təmin edən su mənbələrinin və magistral kəmərlərin dağıdılmış hissələri bərpa edilərək yaşayış olan ərazilər su ilə təmin edilib. İşğaldan azad olunmuş yaşayış məntəqələrində xidmət səviyyəsinin yaxşılaşdırılması məqsədi ilə Şuşa, Zəngilan, Kəlbəcər şəhərləri və Hadrut qəsəbəsi ərazisində fasiləsiz fəaliyyət göstərən xidmət sahələri təşkil edilib. İşğaldan azad olunmuş şəhər və rayon mərkəzlərində “Ağıllı su” layihələri icra olunacaq”.
Konfransın sonunda iyunun 30-da Estoniyada keçiriləcək Su Konvensiyası ilə bağlı tədbirə töhfə olacaq nəticə sənədi qəbul edilib. Konfrans çərçivəsində iştirakçılar “Ağıllı kənd”də yaradılan infrastrukturla tanış olub, Həkəri çayına qızılxallı forel balıqlarının buraxılması mərasimində iştirak ediblər.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
















.jpg)

















.jpg)
.jpg)

