Sosial
“Qaçqınkom”dan Rövşən Rzayevin qohumu olduğu deyilən şəxslə bağlı AÇIQLAMA
Birinci Qarabağ müharibəsi şəhidi İsaq Fərəcovun bacısı Təranə Fərəcova özünü Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin qohumu kimi təqdim edən Şahmar Əliyev adlı şəxs tərəfindən dələduzluğa məruz qaldığı iddiası ilə çıxış edib. O bildirib ki, Şahmar Təranə Fərəcovaya məcburi köçkünlər üçün tikilən binalardan ev verdirəcəyinə dair yalan vəd verib. Əvəzində ondan 20 min manat alıb. Nə ev məsələsi həll olunub, nə də pul geri qayıdıb.
Publika.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi də məsələ ilə bağlı açıqlama yayıb.
Qurumdan bildirilib ki, dələduzluq törətməkdə ittiham edilən şəxslə Dövlət Komitəsinin sədrinin yaxın qohumluq əlaqəsi yoxdur:
“Ümumiyyətlə, baş vermiş dələduzluq faktı barədə komitəyə heç bir məlumat daxil olmayıb. Xəbərdən göründüyü kimi, fakt hüquq-mühafizə orqanlarında araşdırılıb. Dövlət Komitəsinin mövqeyi belədir ki, kimliyindən asılı olmayaraq, cinayət törətmiş hər bir şəxs mövcud qanunvericilik əsasında cəzalandırılmalıdır”.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi












.jpg)




















.jpg)

.jpg)
