Sosial
Azərin təhqir etdiyi qazi DANIŞDI - Üzr istəməlidir - VİDEO
Videonun çox qısa hissəsini paylaşıblar, görüntünü 10 gün əvvəl TikTok platformasında paylaşmışam. Videonu başqa cür montaj edib, təqdim ediblər. Bu gün bunu yayan “troll” qruplarının səs yazılarını hüquq-mühafizə orqanlarına təqdim edəcəyəm.
Publika.az xəbər verir ki, bu sözləri aparıcı Azər İsmayılov (Azər Zahid) qazini təhqir etməsi ilə bağlı sosial şəbəkələrdəki iddialara münasibət bildərərkən Teleqraf.com-a deyib.
O deyib ki, üç qaziyə öz cibimdən 1 600 manat pul vermişəm:
“Bu da bəzi insanlara xoş gəlmir. Qazi dostumdur. Onun üçün əlimdən gələni edəcəm. Bizim o qardaşla şəxsi zarafatımız var”.
Azər Zahidin ünvanına qeyri-etik ifadə işlətdiyi qazi Amil Əliyev isə manset.az-a bildirib ki, iki gündür telefonları susmur:
“Hər yerdən zəng edirlər. Azərin həmin sözü dediyini sonradan videodan bilmişəm, külək idi deyə, eşitməmişəm. Azər mənə 1530 manat pul verib. Azər gəlsin, mənə desin ki, bilməmişəm, söz ağzımdan çıxıb. Üzr istəsin və həmin videonu paylaşsın, camaat da görsün ki, səhvini düzəltdi. Özümə zəng etməyib”.
Amil Əliyev gözünün müalicəsinin olduğunu da deyib:
“Mənim verilişlərə çıxmağıma bir səbəb var. İki ildir evdəyəm. Bilirəm ki, xarici ölkələrdə gözümün müalicəsi var, buynuzlu qişa olarsa, gözümün biri görə bilər. Mənim efirə çıxmağa nə istəyim, nə də marağım var. Özümü göstərmək fikrində deyiləm”.
Qeyd edək ki, yayılan videoda Azər Zahidin gözdən əlil olan Qarabağ qazisi Amil Əliyevə pul verərkən “sən onsuz da saya bilməyəcəksən” dediyi əks olunub.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
