Sosial
ETSN və "Azəriqaz" yanında İctimai Şuralar arasında görüş keçirildi - FOTO
Meşəətrafı yaşayış məntəqələrinin qazlaşdırılması perspektivləri və bu istiqamətdə birgə fəaliyyətin müzakirəsi mövzusunda Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Azəriqaz” İstehsalat Birliyi yanında fəaliyyət göstərən İctimai Şuralar arasında növbəti görüş keçirilib.
Publika.az xəbər verir ki, görüşdə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev və hər iki qurumun struktur bölmələrinin rəhbər şəxsləri iştirak edib.
Görüş zamanı respublika ərazisində ətraf mühitin, xüsusilə meşə sahələrinin qorunması və onların bərpası məqsədilə meşə sahələrinə yaxın yerləşən, təbii qazdan istifadə etməyən yaşayış məntəqələrində mərhələli şəkildə müvafiq infrastrukturun qurulması istiqamətində perspektiv fəaliyyət planının hazırlanması və planın reallaşdırılması üçün İctimai Şuralar tərəfindən dəstək göstərilməsi məsələləri müzakirə olunub.
Tədbirdə vətəndaş cəmiyyəti nümayəndələrinin təklif və tövsiyələri dinlənilib, qarşılıqlı fikir mübadiləsi aparılıb, ictimaiyyətin məlumatlandırılması məqsədilə koordinasiyalı fəaliyyətin həyata keçirilməsi və belə görüşlərin bundan sonra da davam etdirilməsinin vacibliyi vurğulanıb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
















.jpg)

















.jpg)
.jpg)

