Sosial
Şahin Bağırov gömrük postlarında sürücülərlə görüşdü - FOTO
Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov Gürcüstanla sərhəddə yerləşən Ticarətin Asanlaşdırılması Mərkəzində (TAM) və Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda mövcud vəziyyətlə tanış olub.
Bu barədə Publika.az-a DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.
Bildirilib ki, Ş. Bağırov Ticarətin Asanlaşdırılması Mərkəzində gömrük əməliyyatlarının və tətbiq olunan digər xidmətlərin icrası proseslərini izləyib, işlərin daha da intensivləşdirilməsi, yubadılmalara yol verilməməsi, xidmət səviyyəsinin yüksəldilməsi ilə bağlı tapşırıqlar verib, yük nəqliyyat vasitələrinin sürücüləri ilə görüşərək onların fikir və rəylərini dinləyib.
Daha sonra “Qırmızı Körpü” gömrük postunda mövcud infrastrukturun vəziyyəti ilə tanış olan Ş. Bağırov sərhədkeçmə proseslərinin sürətləndirilməsi, gömrük əməliyyatlarının daha da asanlaşdırılması və təkmilləşdirilməsi, gömrük nəzarətinin səmərəliliyinin artırılması, xüsusilə beynəlxlaq tranzitin sürətləndirilməsinə dəstək verən tədbirlərin həyata keçirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
-
Sosial22 Oktyabr 23:24Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Dəhşətli faktlar / VİDEO
-
Sosial22 Oktyabr 23:00Sabah Bakının bu rayonunda qaz olmayacaq
-
Magazin122 Oktyabr 22:48Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"
-
İdman22 Oktyabr 22:36"Real" Arda Gülərlə 5 illik müqavilə imzaladı
-
Magazin122 Oktyabr 21:12Nəfəsin canlı ifası müzakirəyə səbəb oldu - VİDEO
-
Kriminal22 Oktyabr 21:00Qazini qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNDİ































