Sosial
Yardımlı sakinləri "Azəriqaz"dan nəyi xahiş ediblər? - FOTO
SOCAR "Azəriqaz" İstehsalat Birliyinin növbəti "Açıq mikrofon" aksiyası Yardımlı rayonunda baş tutub.
Publika.az Birliyə istinadla xəbər verir ki, aksiyada ümumilikdə 16 sakin iştirak edib.
Lənkəran Regional qaz istismarı İdarəsinin rəisi Namiq Məmmədov vətəndaşlara bu aksiyanın mahiyyəti ilə yanaşı, ölkə üzrə hazırda qazlaşma prosesi ilə bağlı məlumat verib.
Yardımlı rayonu, Şəfəqli kənd sakini, şəhid qardaşı Fikrət Məmmədov belə bir aksiyanın təşkil edilməsinə görə SOCAR "Azəriqaz" İB-nin rəhbərliyinə təşəkkür edərək hazırda Şəfəqli kəndində qazlaşdırma işlərinin aparıldığını bildirib. Vətəndaşlar qarşıdan gələn payız-qış mövsümündə təbii qazdan istifadə edə bilmələri üçün işlərin daha da sürətləndirilməsini xahiş ediblər. Sırıq kənd sakini Zaur İsgəndərov öz müraciətində yaşadığı kəndin qazlaşdırılmasını, həm də Birlikdə müvafiq işlə təmin edilməsini xahiş edib. Dəlləkli kənd sakini Eldar Ziyadov çıxış edərək sözügedən kənddə qazlaşdırma işlərinin başa çatdırıldığını bildirərək Birliyin rəhbərliyinə təşəkkür edib.
Bütün qaldırılan məsələlərlə bağlı Lənkəran RQİİ-nin rəhbərliyi vətəndaşlara ətraflı məlumat verib.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur




































.jpg)
.jpg)

