Sosial
"Belələrini uşağa SEVGİ və QAYĞI deyil, PUL düşündürür" - Psixoloq “Mehnur” loqoped mərkəzindəki olaydan danışdı
Paytaxtın Nizami rayonundakı “Mehnur” loqoped reabilitasiya mərkəzində autizmli uşağa qarşı qəddarlığı əks etdirən video sosial şəbəkələrdə yayımlandı və cəmiyyətdə ciddi nazarızılığa səbəb oldu. Valideynlərin bir çoxu övladlarını bir daha belə mərkəzlərə göndərməyəcəklərini bildirir. Yayımlanan video göstərdi ki, bu vaxta qədər özəl loqopedik reabilitasiya mərkəzində aidiyyatı dövlət orqanları tərəfindən monitorinq və yoxlamalar aparılmayıb.
Məsələyə münasibətini bildirən psixoloq Gülnar Həmidova Publika.az-a açıqlamasında, xəstə uşağın ağır işgəncəyə məruz qalmasının yolverilməz olduğunu bildirdi:
“Psixoloqluğu bir kənara qoyuram. Əgər ortada insan faktoru varsa və biri özünü insan adlandırırsa, heç vaxt uşaqlara qarşı qəddarlıq edə bilməz. Uşağa sevgi və qayğı göstərmək təkcə peşə ilə bağlı məsələ deyil. Bu, insan xislətindən və mənəviyyatından gələn xüsusiyyətdir. Əgər qarşımızdakı azyaşlının xüsusi qayğıya ehtiyacı varsa, sağlamlığı məhdud biridirsə, ona sevgimizi daha da artırmalıyıq. O mərkəzdə uşağa zülm edən məxluqlara nəinki psixoloq, heç insan demək olmaz”.
Belə mərkəzlərdə uşaqlarla işləmək üçün bir seansın 5-10 manat arasında dəyişdiyini deyən G.Həmidova vurğuladı ki, əslində işə götürülənlərin çoxu ya tələbələr, ya da könüllülərdir:
“Buna görə onlar xəstə uşaqlarla işləmək qaydalarını bilmirlər. Ən tanınmış mərkəzlərdə belə pulla işə götürürlər və psixoloji kurslar keçmədən uşaqları əmanət edirlər. Əgər onları işə götürürsünüzsə, əlavə kurslara cəlb edin, uşaqlarla işləməyin qaydalarını öyrədin. Autizmli uşaqlarla işləmək üçün terapiya üsullarından istifadə olunur. Bu üsullarla yanaşı, superviziya hissəsini də öyrənmək lazımdır. Bunun üçün xüsusi kurslar var və qiyməti 3-5 min manat arasında dəyişir. Bu qədər xərc çəkərək terapiyanı dərindən öyrənən, hətta bir çox xarici ölkələrdə xüsusi təlimlər keçən şəxs heç vaxt seansı 5-10 manat olan mərkəzlərdə işləməyəcək”.
Psixoloqun sözlərinə görə, həmin mərkəzdəki qadınlar bu kurslardan keçmədikləri və terapiya üsullarını bilmədikləri üçün uşaqlarla işləməyi bacarmır:
“Həmin qadın qarşısındakı uşağın autizmli olduğunu bilməliydi. Çünki, belə uşaqlar adi bir hadisədən qıcıqlanıb qışqıra bilər. Videodan da görünür ki, həmin uşaq xəstədir və hər şeyə tez reaksiya verir, qadın da səsini kəsə bilmədiyi üçün onu döyməyə başlayır. Bu, onun bacardığı ən yaxşı "üsuldur". Bu məsələlərlə bağlı dəfələrlə yazmışam, valideynlərə üzümü tutaraq bildirmişəm ki, ətraflı araşdırma aparmadan uşaqlarını belə mərkəzlərə verməsinlər. Çünki, burada işləyənləri yalnız pul qazanmaq düşündürür. Belələri heç vaxt övladlarınıza sevgi ilə yanaşmayacaq. Sizi başa düşürəm, nisbətən ucuz yerlərə getmək istəyirsiniz, amma bilin ki, sonda belə hadisələrlə üz-üzə qalacaqsınız”.
Müsahibimiz qeyd etdi ki, evdə, belə mərkəzlərdə işgəncəyə məruz qalan uşağın psixologiyasında ciddi travma əmələ gəlir:
“Sağlamlığı məhdud və autizmli uşaqlarda travmalar daha tez əmələ gəlir və bundan sonra onlar daha çox qorxmağa başlayır. Bu səbəbdən onlarda inkişaf daha ləng gedir. Bu uşaqlarla mütamadi psixoloji iş aparılmalıdır. Şiddət görən azyaşlı heç vaxt başqa psixoloq yanına getməyəcək, üstəlik onda qorxu, narahatçılıq hissi güclənəcək, özünəinam isə aşağı düşəcək. Ümid edirəm ki, dövlət bütün psixoloji və loqopedik reabilitasiya mərkəzlərini nəzarətə götürəcək, belə halların qarşısını almaq üçün tədbirlər görəcək”.
Rövşən Ziya
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi