Sosial
"Laçın - MDB-nin Mədəniyyət Paytaxtı” ilinin bağlanış mərasimi keçirildi - FOTOLAR
Noyabrın 30-da Laçın şəhərində "MDB-nin Mədəniyyət Paytaxtı - 2025” ilinin rəsmi bağlanış mərasimi keçirilib.
Publika.az xəbər verir ki, Mədəniyyət Nazirliyi və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə reallaşan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra "Laçın: mədəni nəticələr - 2025" adlı videoçarx nümayiş etdirilib. Videomaterialda "paytaxt ili" ərzində Laçında təşkil olunan tədbir və mədəni layihələr öz əksini tapıb.
Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov çıxışında 2025-ci ilin Laçın şəhəri üçün əlamətdar olduğunu, il ərzində əhəmiyyətli beynəlxalq tədbirlərin təşkil olunduğunu deyib.
MDB Ölkələrinin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun icraçı direktoru Tahir İksanov bildirib ki, Laçın şəhəri qədimliyi, mədəni və təbii zənginlikləri ilə "MDB-nin Mədəniyyət Paytaxtı" missiyasını layiqincə yerinə yetirib.
Azərbaycan Respublikasının Milli Məclisi Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu da Laçında reallaşan rəngarəng mədəniyyət layihələrinin dost ölkələrin xalqlarını daha da yaxınlaşdırdığını bildirib.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov Laçın şəhərinin il ərzində çoxsaylı mədəniyyət tədbirlərinə ev sahibliyi etdiyini, xüsusilə də, birlik ölkələrindən yaradıcı gəncləri bir araya gətirdiyini deyib. Qeyd olunub ki, bu tədbirlər MDB ölkələri arasında mədəni-humanitar sahədə əməkdaşlığa mühüm töhfə verib. "Bu gün "mədəniyyət paytaxtı" ilinin bağlanışı olsa da, Laçının mədəni körpülər yaratmaq missiyası bundan sonra da davam edəcək", - deyə nazir müavini bildirib.
Daha sonra tədbir iştirakçıları geniş konsert proqramını izləyiblər. Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya və Tacikistanın incəsənət nümayəndələrinin ifasında bir-birindən maraqlı musiqi nömrələri alqışlarla qarşılanıb. Azərbaycan Dövlət Rəqs Ansamblı üzvlərinin təqdim etdiyi milli rəqslərimiz də böyük maraqla qarşılanıb.
Sonda tədbir iştirakçıları xatirə şəkilləri çəkdiriblər.
Bununla da, Şərqi Zəngəzur bölgəmizin dilbər guşəsi Laçın şəhəri MDB-nin mədəniyyət paytaxtı missiyasını uğurla başa vurub.
Xatırladaq ki, MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarı ilə Laçın şəhəri 2025-ci il üçün birliyin “mədəniyyət paytaxtı” elan edilmişdi.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyat yoldaşınızdan şad xəbər ala bilərsiniz
-
Avropa20 Oktyabr 23:36"Avropa Ukraynadakı münaqişədən yorulub" - Donald Tramp
-
İdman20 Oktyabr 22:30"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ
-
Magazin220 Oktyabr 22:24Dünyanın ən gözəl qadını saunada çılpaq poza verdi - FOTO
-
Nəqliyyat20 Oktyabr 21:24Sabah bu yolda hərəkət tam məhdudlaşdırılacaq
-
İdman20 Oktyabr 20:24“Sabah” “Borusssiya”ya qarşı - START HEYƏTLƏR
-
Nida Xəbər 20 Oktyabr 14:48Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı - VİDEO
-
Magazin220 Oktyabr 14:18İsrail ordusunu açıq şəkildə dəstəkləyən məşhur rus İstanbulda konsert verəcək - FOTO










.webp)





.jpg)





.jpg)













