Sosial
Deputatdan HƏYƏCAN SİQNALI: “KİMSƏSİZ UŞAQLARA sahib çıxın, yoxsa...”
“İstər paytaxtımızda, istərsə də digər iri şəhərlərdə kimsəsiz uşaqların sayının artması ilə bağlı parlamentin iclaslarında bir neçə dəfə məsələ qaldırmışam. Bildirmişəm ki, onlar hansısa təhsil müəssisəsinə və ya internat məktəblərinə yönəldilməlidir”.
Bu barədə Publika.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafanın sözlərinə görə, bununla bağlı hələlik konkret bir iş görülməyib:
“Konkret olaraq, kimin məsuliyyət daşıdığı da bəlli deyil. Artıq bunlarla polisin gücü ilə də mübarizə aparmaq mümkün deyil. Tutaq ki, polis onları tutub küçələrdən yığışdırdı. Bəs onları hara yerləşdirəcəklər? İnternat məktəbləri, təhsil şəbəkələri hardadır? Hələ də bu suallara cavab verən yoxdur. O uşaqlar bu gün başlı-başına qalıb. İcra hakimiyyəti orqanları və azyaşlılarla məşğul olmalı qurumlar problemlə maraqlanmaq istəmir, hətta heç birinin konkret mexanizm təklif etmək imkanları belə yoxdur”.

Deputarın sözlərinə görə, sahibsiz uşaqların çoxu küçələrdə, nəqliyyatın sıx olduğu yollarda "fəaliyyət göstərir", faktiki pul dilənir, nəqliyyatın hərəkətinə mane olurlar:
“Onlar təkcə hərəkətə mane olmur, öz həyatlarını böyük təhlükə altında atırlar. Sanki bunu görən, eşidən və bir tədbir görmək istəyən yoxdur. Onların əksəriyyəti valideyn himayəsindən məhrum uşaqlardır. Əgər valideyn övladına sahib çıxmırsa, onları ailədən almaq, təhsil müəssisəsinə yerləşdirmək, oxutdurmaq lazımdır. Bu uşaqlar təhsilə cəlb edilmədikcə, problem daha da böyüyəcək. Bu baxımdan problemin görünəndən daha vahiməli və qorxulu olduğunu düşünürəm. Söhbət təkcə bu uşaqlardan getmir. Elə yerlər var ki, narkomaniya yuvasına dönüb, sahibsiz uşaqlar taleyin ümidinə buraxılıb. Bu vaxta qədər müvafiq sığınacaqlar tikmək, onları yerləşdirmək, müalicəyə cəlb etmək lazım idi. Ancaq bunların heç biri edilməyib. Sabah onlar hansısa kriminal şəbəkənin əlinə düşəcək və cinayətkara cevriləcək. Bu isə dövlət üçün artıq ayrıca bir problem yaratməş olacaq”.
Rövşən Ziya
-
İdman08:12PSJ azarkeşləri ilə polis arasında toqquşmalar: yaralılar var - Yeniləndi
-
Magazin206:16Ulduzların "İtaliya nağılı" - Toyun detalları bəlli oldu
-
Səhiyyə05:15Qonşu ölkədə seksoloq vəzifəsi ləğv edildi
-
Maraq dünyası04:14Paltar yuyarkən yol verilən 5 SƏHV - "Yumruq qaydası" nədir?
-
Avropa03:13Parad məşqindən qaçan atlar şəhəri qarışdırdılar - Yaralılar var / VİDEO
-
Magazin100:15Əməkdar artistin nəvəsi ailə qurur - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bəzi sirlər qarşınıza çıxa bilər
-
Sosial30 May 23:00Sabah bu qəsəbənin bir hissəsi işıqsız qalacaq




























.jpg)










