Sosial
“Qırmızı Ürəklər” 200 kiloqrama yaxın batareya topladı - FOTO
Xəbər verdiyimiz kimi cari ilin may ayından başlayaraq “Qırmızı Ürəklər” Fondu (Red Hearts), Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə “Batareyaları təhvil ver, təbiəti qoru” adlı yeni layihəyə başlayıb.
Publika.az xəbər verir ki, layihə çərçivəsində istifadəyə yararsız elektrik batareyaları toplanıb, "Təhlükəli Tullantılar" MMC-yə təhvil verilir.
Layihənin başlamasından 4 ay keçməsinə baxmayaraq artıq 200 kiloqrama yaxın batareya vətəndaşlar tərəfindən marketlərdə quraşdırılan xüsusi qutulara atılıb. Bu isə təxminən 43 min kub metr ərazinin çirklənməsinin qarşısının alınması deməkdir. Əsas məqsəd işlənmiş batareyaları digər tullantılardan ayırmaq, onların ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərini minimuma endirməkdir.
Qeyd edək ki, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təkrar emalın təşviqi, tullantıların azaldılması, işlənmiş batareya tullantılarının zərərli təsirlərinin qarşısının alınması və səmərəli idarə olunması cəhətdən olduqca vacib olan və maarifləndirici məqsəd daşıyan bu layihə ətraf mühitin qorunmasına kömək edir. Gələcəkdə analoji qutuların digər şəhər və rayonlarda da yerləşdirilməsi planlaşdırılır.
Qeyd edək ki, “Qırmızı Ürəklər” Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi














.jpg)



















.jpg)

.jpg)