Sosial
Yarım milyonluq "Bentley"i olan icra başçısının motosikleti də varmış - ŞOK İDDİA - VİDEO
08:42
Daşkəsən rayonunun İcra Başçısı Əhəd Abıyev qalmaqallı adam olmaqla yanaşı, həm də böyük maddi imkanlara sahib olan məmur kimi tanınır.
Publika.az mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatlara istinadən xəbər verir ki, onun böyük gəlirlərə çıxışı isə hələ deputat olan zamanlardan başlayıb.
Daşkəsənin icra başçısı təkcə vəzifə deyil, həmçinin digər işlərin də həvəskarıdır. Məsələn, o, maşın kolleksiyası həvəskarıdır.
Məlumatlara görə, Əhəd Abıyevin maşın kolleksiyasında ən bahalı avtomobil “Bentley”dir. Qiyməti 500 min manat civarında olan bu maşından başqa, Daşkəsənin icra başçısının digər bahalı avtomobilləri də var. Özünün ən çox istifadə etdiyi maşın isə motorunun gücü 4700 kub olan “Toyota Lexus”dur ki, onun da qiyməti 150 min manatdan ucuz deyil.
Hətta mətbuatda qeyd edilir ki, Əhəd müəllimin "Bentley"i iki dənədir.
Amma Əhəd Abıyev təkcə, avtomobil deyil, həm də motosiklet həvəsində olan icra başçılarından sayılır. Məlumatlara görə, Daşkəsənin icra başçısı hələ bir neçə il öncə özünə 23 min dollar dəyərində olan “Honda” firmasının istehsalı olan motosiklet alıb./32gun.az
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO






.jpg)
















.png)


.jpg)












