Sosial
Siqaret çəkənlər cəzalanmalıdır - Deputatla sosioloqun fikirləri çəp gəldi
Küçədə siqaret çəkənlərin cərimə olunması ilə bağlı qanun müzakirə olunarkən, sosial şəbəkələrdə geniş müzakirə gedirdi. Xeyli insan narazılıq edirdi, açıq havada siqaret çəkməyə qadağanın tətbiqi ilə razılaşmırdılar. Bəziləri isə narazılara təsəlli verirdilər: “Narahat olmayın, onsuz da bu qanun işləməyəcək, hamı da küçədə siqaret çəkəcək”.
Bu iddianı irəli sürənlərin tutarlı arqumenti də vardı: bir müddət əvvəl qapalı məkanlarda siqaret çəkilməsi qadağa edilib, amma buna əməl edən yoxdur. Qapalı məkanlarda hamı siqaret çəkir, heç kimə də cərimə tətbiq edilmir.
Bu iddiada olanlar yenə də haqlı çıxdılar. Qanun qəbul edildi və bir müddətdən sonra, sanki yaddan çıxdı. İndi küçədə hamı siqaret çəkir – dayanacaqlarda, insanların sıx toplaşdığı yerlərdə. Amma onlara irad bildirən yoxdur, yəni qanun kağız üzərində qaldı, işləmədi.
Bəs qəbul olunan qanunun işləməməsinin səbəbi nədir? Belə tendensiya insanlarda məsuliyyətsizlik hissi formalaşdırır? Publika.az bu məsələni araşdırıb.
Hüquqşünas Tağı Hüseynov deyir ki, Qanun qüvvəyə mindiyi tarixdən etibarən, yəni 2017-ci ildən bəri qüvvədədir: "Qaydalar pozulduğu təqdirdə, müəyyən edilmiş cərimələr tətbiq olunmalıdır. Belə ki, ictimai iaşə sahibləri xəbərdaredici lövhəni asmadığı halda, fiziki şəxslər 400, hüquqi şəxslər isə 1000 manat məbləğində cərimələnməlidir. Əfsus ki, qanuna əməl edilmir. Mən də tez-tez qapalı məkanlarda tütün məmulatlarından geniş istifadənin şahidi oluram. Görünən odur ki, bununla bağlı hər hansı bir xəbərdarlıq edilmir”.
Lakin millət vəkili, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa deyir ki, belə halın yaranması ictimai qınağın olmamasına birbaşa bağlıdır. Millət vəkili hesab edir ki, qanunda heç bir boşluq yoxdur:
“Bunun qanunla bir əlaqəsi yoxdur, sırf mədəniyyətlə bağlı bir məsələdir. Nə qədər qanun qəbul edirsən et ,cəmiyyətdə ümumi baxış bucağı dəyişmirsə, deməli, xeyri yoxdur. Əslində bir çox yerdə məhz belədir. Amma Azərbaycanda irad bildirmə ənənəsi, mexanizmi yoxdur və bizdə insanlar da irad bildirməyi xoşalmırlar. Hətta küçədə, yaxud hər hansı ictimai yerdə ədəbsizlik edən adama da təsadüfən kimsə fikir bildirir. O da çox vaxt yumruqla, təpiklə başa sala bilir ki, bunu etmək olmaz.
Sözlə başa salanda mübahisə yaranır ki, bu mübahisədən də bir çox qüvvələr istifadə edirlər. Daha çox toqquşma olur və məsələnin çözülmə prosesi başlayır. Yəni mədəni səviyyə bir qədər aşağıdır. Qanundan əlavə, insan gərək başqasını, ona verdiyi zərəri düşünsün və bunu etməkdən çəkinsin. Əks təqdirdə, mütləq irad bildirilməlidir, yoxsa belə hallar çox davam edəcək”.
Sosioloq Sənubər Heydərova isə qanunla hər şeyin qaydasında olduğunu, amma icra prossesində problemlərin olduğunu söyləyib:
“Təkcə bizim ölkədə deyil, Avropada və digər bir çox ölkələrdə də belə qanunlar var. Əslində qanunla hər şey qaydasındadır. Əgər bu gün bizdə tütün məmulatlarından istifadəyə tətbiq edilən qadağaya məhəl qoyulmursa, deməli, burada nəzarət və xəbərdarlıq aşağı səviyyədədir. Bu da öz növbəsində insanlarda rahatlığın, məsuliyyətsizliyin yaranmasına gətirib çıxardır. Məsələni birbaşa qanunvericilik tənzimləyir”.
Ayşən Rəhim
-
Art21:27
33 ilin direktoru işdən azad edildi
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib