Sosial
Yeni mənzil alanlar da ƏDV-ni geri ala biləcəklər: ŞƏRTLƏR VƏ QAYDALAR
“2022-ci ilin sonlarına yaxın hökumət tikinti sektorunu da “əlavə dəyər vergisini (ƏDV) geri al” layihəsinə əlavə etdi. Əsasən də yaşayış binalarından mənzil alan şəxslər bu layihəyə daxil oldu. Bəs nəyə görə hökumət tikinti ilə məşğul olan hüquqi və fiziki şəxsləri, xüsusilə də MTK və MMC-ləri layihəyə daxil etdi?”
Bu məsələdə hökümətin əsas məqsədini Publika.az-a açıqlayan iqtisadçı-ekspert Xalid Kərimli bildirdi ki, dövlət bununla tikinti sektorunun şəffaflaşdırılmasını və rəsmilədirilməsini həyata keçirmək istəyir:
“Dövlət yeni tikilən binalardan mənzil alış-verişini tam rəsmi və şəffaf şəkildə həyata keçirir ki, sonradan tikinti şirkətlərinin aldığı materiallar da rəsmiləşdirilə bilsin. Bunun üçün də dövlət alıcıların marağını bu sahəyə cəlb etməyə çalışır. Digər bir məqsəd isə, insanları bu sahəyə maraqlı etmək, həm ölkədə nəğdsiz hesablaşmaları genişləndirmək, həm də şəffaflığı artırmaq istəyir”.
Onun sözlərinə görə, “ƏDV geri al” layihəsinin tikinti sektorunda tətbiqinin müəyyən qaydaları var:
“Birincisi, yeni bina olmalı və təkrar mənzil bazarına daxil olmamalıdır. İkincisi, nağdsız köçürmə vasitəsilə ödəniş edilməlidir. Belə ki, əgər alıcı nəğdsiz ödəniş edirsə, bu, artıq layihənin əhatə dairəsinə düşməyəcək. Üçüncüsü, burada müəyyən kvadrata qədər məhdudiyyət qoyulub, Belə ki, 500 kvadrata qədər mənzil alınırsa, deməli layihədə iştirak etmək olar”.
Yeni tikilən binadan mənzil almağın növbəti qaydası barədə də məlumat verən ekspert bildirdi ki, əgər alıcı aldığı mənzilin məbləğini tam ödəyirsə, layihəyə qoşula bilir:
“Əgər bir hissəsini ödəyib, digər hissəsini kredit şəklində ödəyəcəksə, ödəmə prosesi başa çatandan sonra layihəyə müraciət edə bilər. Vətəndaş mənzili alandan sonra 3 ay müddətində müraciət edilir və 1 ay ərzində müvəkkil banklar vasitəsilə geri alınacaq ƏDV hesaba köçürülür, yaxud da müvəkkil bankdan geri alır”.
Rövşən Ziya
-
Rəsmi xronika14:52İlham Əliyev məktəbəqədər təhsillə bağlı fərman imzaldı
-
Nida Təhlil 14:42İranda "perestroyka" başladı: Pişiyin rənginin əhəmiyyəti yoxdur, yetər ki...
-
Sosial13:09İlham Əliyev sərəncam imzaladı
-
Region13:02Ermənistanda sabiq deputat da saxlanıldı: Paşinyanı hədələdi
-
Rəsmi xronika12:45İlham Əliyevin kabinetindəki yeganə heykəl... - Kimdən yadigardır? - FOTO
-
Dünya12:16SEPAH bu ölkədə gizli hücrələr yaradıb, hücumlar təşkil edib - İfşa olundu
-
Dünya11:50Zelenski 40 dəqiqə söhbət etdiyi Lula da Silvadan nə xahiş edib?
-
Magazin110:06Dünən sünnət olunan ingilis Azərbaycanda evləndi - VİDEO




































